Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Darmadağın Olmağın Üstünlükləri

Daha Güclü Sən

Emma Kavana
9/10
1 Kişi
2
Okunma
1
Beğeni
157
Görüntülenme
Hər birimiz arabir həyata məğlub olmağın ağrısını yaşayır, parçalanıb darmadağın oluruq. Lakin həmin parçaları toplayıb daha güclü versiyamızı yaratmaq da öz əlimizdədir. Doktor Emma Kavana “Daha güclü sən” kitabında nevrologiyanın ifrat stres barədə dediklərini araşdıraraq bizi psixologiya aləminə səyahətə çıxarır. O, böhran zamanı savaş və ya qaçış cavab reaksiyasından ətraflı bəhs etdikdən sonra daha dərin qatlara enir, yorğunluğu dözülməz gərgin mühitə psixoloji adaptasiya vasitəsi kimi araşdırır. Yorulub əldən düşmə mərhələsinin ardından hansı hal gəlir? Çətin mühitlərə adaptasiya olmağın qaydası varmı? Dünya başımıza yıxıldıqdan sonra ayağa qalxmaq, hətta özünü yenidən yaradaraq əvvəlkindən daha güclü olmaq mümkündürmü? “The Independent”, “The Telegraph”, “The Observer”, CNN və “The Times” mətbuat orqanlarında deyildiyi kimi, Doktor Emma Kavana bizi travmanı aşıb inkişaf etmək və ən çox ehtiyacımız olan anda toparlanmaq üçün vasitələrlə təmin edir. Emma Kavana Kardiff Universitetində psixologiya üzrə fəlsəfə doktoru dərəcəsini qazandıqdan sonra psixoloq-məsləhətçi kimi çalışıb, ekstremal vəziyyətlərdə insan davranışları üzrə ixtisaslaşıb. Dəfələrlə Böyük Britaniya və digər Avropa ölkələrinin polis heyəti, hərbi qüvvələri və NATO qüvvələrində psixoloji təlim və konsultasiyalar keçirmək üçün dəvət edilib.
Yazar:
Emma Kavana
Emma Kavana
Tahmini Okuma Süresi: 5 sa. 52 dk.Sayfa Sayısı: 207Basım Tarihi: 2023Yayınevi: Qədim Qala nəşriyyatı
ISBN: 9789952558227Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
207 syf.
·
Puan vermedi
·
Beğendi
Stressin təbiəti, insan fəaliyyətlərinə təsiri, real hadisələr üzərindən stressin mənfi və müsbət cəhətləri kitabda ətraflı təqdim olunub. Emma Kavanagh, əsasən, öz həyatında nümunələr gətirir və pandemiya dönəminə çox istinad edir. Həqiqətən də pandemiya dönəmi insan psixologiyası üzərində qarşısıalınmaz izlər buraxdı və hər şeyə baxışımızı dəyişdi. Tərcümə qənaətbəxşdir.Kitab özü isə həm elmi faktlarla zəngin, araşdırmalara əsaslanan axıcı bir kitabdır. İnsan psixologiyası, davranışları haqqında biliklərinizi artıracaq bir kitabdır.
Daha Güclü Sən
Daha Güclü SənEmma Kavana · Qədim Qala nəşriyyatı · 20232 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.