Data Tutaşxia

Chabua Amirejibi

Data Tutaşxia Gönderileri

Data Tutaşxia kitaplarını, Data Tutaşxia sözleri ve alıntılarını, Data Tutaşxia yazarlarını, Data Tutaşxia yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İnsan tək olduğu və heç kəsə etibar etmədiyi zaman özü və digərləri üçün faydalı ola bilər.
-Bunu mən də sınamışam-dəfələrlə. Kimi geyindirdimsə, məhz o məni soyundurdu. Məni soyundura bilməyən də gedib başqalarının paltarlarını əllərindən aldı.
Sayfa 213Kitabı okudu
Reklam
-İncil bizə öyrədir ki, əgər kimsə suda boğulursa, əl uzat və onu xilas et. İş bilirsən mi nə cürdür? Mən belə eşitmişəm ki, bir gün dini və İncili îcad eləmiş bir adam özü suda boğulurmuş. Həmin vaxt bir mömin oradan keçirmiş. Əl uzadıb boğulanı sudan çıxarır və xilas edilmiş öz xilaskarını cücə kimi yeyir. Adam dini, İncili yaxşı öyrənməli və buyurulanların əksini etməlidir: haradasa suda boğulan bir adamın qurtulmağa çalışdığını görsən, təpik vur ki, batsın. Yoxsa sudan çıxacaq, nəfəsini dərəcək və gəlib səni parçalayacaq.:(
Sayfa 130Kitabı okudu
Elə əməkhaqqı yoxdur ki, adama bəs eləsin. İnsan qazancı ilə kifayətlənməyi bacarmalıdır. Nə qədər çox versələr, o qədər çox istəyəcəksən. Çox və ya az olan- əməkhaqqı deyil, iştahadır.
"Yanıb qurtarmış şamın mumu öz-özlüyündə gözəldir və belə bir gözəlliyi də var ki, xəfifcə sayrışan işığı zülmətə divan tutur !"
Sayfa 664 - Teas Press nəşriyyatıKitabı okudu
"Bilirsənmi piratlar necə adamlardır ? Ehtirasli adamlar... Onlar təhlükəni sevirlər, o barədə fikirləşməyi sevirlər ki, cəhənnəmin hansısa isti bucağında xəzinə var. O adamlar pulu sevmirlər, pulu əldə etməyi sevirlər ! Sərvətin nəyə qadir olduğunu bilsəydilər, var-dövləti sevsəydilər, piratçılığın başını buraxar, rahatlığa qovuşardılar ! Bu, çılğın bir ehtirasdır, ancaq ehtirasdır..."
Teas Press nəşriyyatıKitabı okudu
Reklam
199 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.