Data Tutaşxia

Chabua Amirejibi

Sözler ve Alıntılar

Tümünü Gör
"Əzab-əziyyətlə görülən işə duyulan sevgi daha böyük olur. Heç bilirsinizmi sevgi nədir ? Sevgi əməkdir, qayğıdır. Əgər fikir vermisinizsə, analar xəstə uşaqlarını daha çox sevir."
Sayfa 80 - Teas Press nəşriyyatıKitabı okudu
"Sırtıq doğulmurlar, sonradan sırtıq olurlar. Onları sırtıqlaşdıran isə digər insanlardır. İstər qadın olsun, istərsə də kişi, bir dəfə sırtıqlıq edirsə və buna utancaq, nəzakətli adama münasibətdə yol verirsə, yəni ona irad bildirən olmursa, bu, qana keçir. Anlayır ki, sırtıqlıq yaşamağı asanlaşdırır və ölənə qədər sırtıq qalır. Uşaq ona görə ağlayır ki, ağlamağı işə yarayır."
Sayfa 15 - Teas Press nəşriyyatıKitabı okudu
Reklam
"Elə əməkhaqqı yoxdur ki, adama bəs eləsin. İnsan qazancı ilə kifayətlənməyi bacarmalıdır. Nə qədər çox versələr, o qədər çox istəyəcəksən. Çox və ya az olan əməkhaqqı deyil, iştahadır."
Sayfa 13 - Teas Press nəşriyyatıKitabı okudu
"- Arvad-uşağın varmı ? - Datadan soruşdum. - Yoxdur, heç zaman olmayıb. - Bəs qadın sevmisənmi ? - Əsl sevgi üçün vaxt lazımdır, Şalva. - Bircə baxışla da sevmək olar. - Mahnıda. - Niyə ? Məgər elə bir an olmayıbmı ki, bir qadını görmüsən və... - Sevgi elə olmur. - Bəs necə olur ? - Necə deyim... Sevgi mənəvi məsələdir. Həmin adamı tanımalısan, ruhunu görməlisən, mənəviyyatına bələd olmalısan. Kimisə görürsən, xoşuna gəlir - bu, sevgi deyil, başqa şeydir."
Sayfa 585 - Teas Press nəşriyyatıKitabı okudu
"Həyat mənəvi və cismani qida əldə etmək prosesidir, xarakter isə bu prosesi nizamlayan qüvvə..."
Teas Press nəşriyyatıKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.