Dikkens bu ən məşhur romanını "öz ovladı" adlandırır. Nəzərə alsaq ki,roman yarıavtobioqrafik xarakterlidir,o zaman Devidin Çarlz Dikkensin prototipi olduğunu deyə bilərik.
Roman Devidin dilindən hadisələr irəlilədikcə,geriyə dönüb xatırlama yolu ilə qələmə alınıb. Dikkens Devidin həyatından yola çıxaraq Avropadakı sinif ayrımını,şəxsiyyət müxtəlifliyini hətta cinslər arası müxtəlifliyi (söhbət cəmiyyətdəki yerindən gedir) hadisələrin fonunda açıq şəkildə göstərir.
Əslində bir yerdə əsər insana yorucu gələ bilər,nə də olmasa bir şəxsin həyat yolunu oxuyuruq sona qədər. amma Dikkens personaj və hadisələri bir-birinə elə calayır ki,özün də bilmədən növbəti səhifəyə keçmiş olursan. Həmçinin insan psixikasının nümunələri elə gözəl təsvir edir ki,bəlkə də buna görə Freydin sevimlisi sayılırmış.