En Beğenilen Dəniz Gönderileri

En Beğenilen Dəniz kitaplarını, en beğenilen Dəniz sözleri ve alıntılarını, en beğenilen Dəniz yazarlarını, en beğenilen Dəniz yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
7 7 7
"öz həyatına heyranlıq və heyrətlə baxırdı: sanki bu qədər asan yolla bu qədər çox qazandığına inana bilmirdi."
Nebula PublishingKitabı okudu
220 syf.
10/10 puan verdi
·
Beğendi
dəniz
Az getdik, çox getdik, dərə-təpə düz getdik, nəhayət ki, altıncı kitabımızı da çapa göndərdik. Ürəyim çox böyük fərəh hissi ilə döyünür! İlk 5 kitabda çəkdiyimiz zəhməti təkcə bu kitab üçün çəkdik, yəqin ki. Bu cür kitabı dilimizə qazandıran nəşriyyat olduğumuz üçün çox sevinirəm. Bir neçə səbəbi var: John Banville İrlandiya ədəbiyyatının
Dəniz
DənizJohn Banville · Nebula Publishing House · 2055146 okunma
Reklam
"İndi cəmiyyətin aşağı silklərindən olanlardan, bir də centrilərin qalıqlarından başqa heç kim kəbin kəsdirib evlənmək əziyyətinə qatlaşmır. Adamlar bir-birinə sadəcə partnyor olmaqla keçinirlər. Sanki bu, rəqsdir, ya biznesdir."
Nebula PublishingKitabı okudu
"Onun həndəvərində olmaq, onun varlığını o qədər yaxından hiss etmək məni həyəcanlandırır və əsrarəngiz bir kədərə kökləyirdi. Balaca bir oğlanın qəlbinin çırpıntılarını kim anlayar ? O, başını yana əyib məni təəccüblə süzürdü, hiss edirdim ki, həyəcandan dilimi udmağım ona əyləncəli gəlir. Yəqin, qıraqdan baxanda şam qarşısında çırpınan pərvanəyə oxşayırdım. Ya da öz istisindən titrəyən alov dilinə."
Nebula PublishingKitabı okudu
Bu hissə çox qəşəngdi<3
"Həyat, – əsl həyat, – mübarizədən ibarət olmalıdır. Gərək vuruşasan, çarpışasan, özünü təsdiq edəsən, iradəni ortaya qoyub dünyanın divarlarını dağıdasan, amma mən bu yaşımdan geri baxanda görürəm ki, enerjimin çoxunu sadəcə bir sığınacaq, rahatlıq, bəli, nə gizlədim, rahatlıq axtarmağa sərf etmişəm. Bunu dərk etmək məni dəhşətə gətirməsə belə, hər halda təəccübləndirir. Mən ki həmişə özümü hər çətinliyi dişlərində xəncərlə qarşılayan dəniz qulduru kimi görmüşdüm. Amma indi etiraf etməliyəm ki, yanılmışam, özümü aldatmışam. Əslində mənim həqiqətən istədiyim qorunmaq, göylərin saymazyana baxışlarından, yer üzünün sərt xəsarətlərindən mühafizə olunmaq, ana bətni kimi isti, təhlükəsiz bir yerə sığınmaq imiş. Keçmiş mənim üçün bir sığınacaqdır, pənah yeridir. Mən qaçıb ora sığınıram, soyuq bu gündən və daha soyuq gələcəyimdən can qurtarmağa çalışıram. Amma nə var o keçmişdə ? Gerçək olan nə var ? Keçmiş nə vaxtsa var olmuş bu gündür, artıq keçib getmiş bu gündür, ondan artıq bir şey deyil. Amma yenə də."
Sayfa 58 - Nebula PublishingKitabı okudu
"belə günlərdə mənə elə gəlir ki, günəş dünyanın gözüdür, mənim bu miskinliyimi böyük zövqlə müşahidə edir."
Nebula PublishingKitabı okudu
Reklam
382 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.