Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Doğu-Batı Divanı

Johann Wolfgang Von Goethe

Doğu-Batı Divanı Gönderileri

Doğu-Batı Divanı kitaplarını, Doğu-Batı Divanı sözleri ve alıntılarını, Doğu-Batı Divanı yazarlarını, Doğu-Batı Divanı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Nefes almada iki çeşit lutûf vardır: Havayı içine çekmek ve boşaltmak. Biri sıkar, öteki ferahlatır: Hayat da öyle harika bir karışımdır. Allah' a şükret seni sıktığı zaman. Şükret yine seni rahatlattığı zaman.
"Şu beş şey, beş şeyi husûle getirmez; Sen şu nasihate kulak ver: Kibirli gönülde dostluk yeşermez; Aşağılık kimsede nezâket olmaz; Habis ruhlu asla büyüklüğe erişmez; Haset insan, gariplere merhamet etmez; Yalancıdan sadakat beklemek beyhûdedir; Sıkı sarıl bu nasihate, kimsenin çalmasına fırsat verme."
Reklam
Bütün kiçik və böyük insanlar
İnsan da bir hörümçək.. Özünə ev quracaq Hörüb bir incəcik tor, içində oturacaq Ev rahat, özü məğrur, ancaq ağırdır gerçək Bu sarayın nəşəsi çox uzun sürməyəcək Gəlincə süpürgəçi dadlı həyat bitəcək Süpürgənin ucunda ilmələnib itəcək.
Qazan-qazana demiş
Köhnə, qara qazana Sataşır təzə qazan "Şişirdərək qarnını Qapqara qaralmısan" Köhnə söylədi "için Təmiz qalsa da, axmaq, Lovğalanma bir belə Dön bir arxana bax.!"
Bədən bir zindan isə
Söylədiyin düzdürsə, bir zindansa bədənin, Onu suda boğmaqda niyyətin nədir sənin? Rahat yaşamaq istər ruh vücudun içində Ona əzab verirsən gecə-gündüz içəndə Əvvəl bir şüşə şərab, sonra da gəlir biri İçki bəhsəbəhsinin yazıq ruhdur əsiri Sahibinin əlində qalsa çarəsiz, naçar Parçalayar qəfəsi, vücudu qoyub qaçar..
Yalnız oturarkən
Yox iztirabım, Gəlsin şərabım Oturmuşam tək Özüm-özümə Sağlıq deyərək. Nə məni dindir, nə məni dinlə Qoy yalqız qalım, fikirlərimlə!
Reklam
Bəli, mən də meyxanada oturdum
Bəli, mən də meyxanadə içirdim Dostlar ilə günümüz xoş keçirdi. Küskün, susqun, çoxdan başdan keçənlər Meyə qatıb gözyaşını içənlər Mən də orada! Qəmxanəyəydi gördüyüm. Nəşəxana, dəmxanaydı gördüyüm. Bəxti qara, bəxti donmuş, bəxti qar. Təkcə məndim meyxanadə bəxtiyar. Vurulmuşdum, qəlbim eşqlə doluydu Bir başqası sevgi bilməz! Kor-koranə qul idi Saqi, durma qədəhimə şərab süz Hanı, kagız! Hanı, qələm! Hanı söz!
Daha beş nəsihət
Vaxtı unutduran qüvvə varmı? - Var. Çalışan, iş görən vaxtı unudar! - Nədən uzanır zaman? - Boş, bekar oturmaqdan. Nədir borca batıran? - Miskincə, boyun buran... Bəs qazancın yolu nə? - Uyma boş düşüncənə - Səncə nə deməkdir Şərəf, əsalət? - Qorunmaq qüdrəti, düşmənə nifrət!
Beş nəsihət
Öyüdün kimsəyə zərəri olmaz Onu sırğa edib qulağından as. Doğmaz lovğalıqdan dostluq meyvəsi Batar kobudluqda nəzakət səsi Böyüklük gözləmə pis adamlardan Ağıllı adamı anlamaz nadan Yolları ayrıdır yalanla düzün Çıxmasın yadından beş sadə sözüm.
Mən belə dürüst olmaqla
Belə dürüst olmaqla Axı nə qazanmışam? Ürəyimi yeyərək, Özümü yandırmışam. Onsuz da bu düzlüyün Dəyərini bilən az. Müqəddəs olsan belə Nadan səni anlamaz Bəs nədir çıxış yolu, gecə-gündüz aradım. Ürəyim sızıldadı bu sağalmaz yaradan. Hiylə, kələk, əyrilik... mənə kömək olmadı. Yenə düzlükdən başqa ayrı yolum qalmadı Gördüm dürüst yaşamaq namusum, qeyrətimdir. Düzlük mənim taleyim, əbədi qismətimdir.
1.000 öğeden 941 ile 950 arasındakiler gösteriliyor.