Elmi-fantastika janrında olan bu əsər, dünyalılar ilə marslılar arasında olan müharibədən bəhs edir. Marslıların güclü olması insanları ümidsizliyə və boşluğa sürükləyir. Kitab iki hissəlidir (ikisi də bir kitabda cəmlənib). Hadisələr qəhrəmanın dilindən nəql olunur. İlk hissənin müəyyən hissəsində öz başına gələnləri, digər yarısında isə qardaşının başına gələnləri nəql edir.
İkinci hissədə yenə də qəhrəmanın dilindən marslıların görüntüsü, orqanizmi, yaşamı barədə məlumat verilir. Bütün bunları ilişib qaldığı balaca otaqdan izləyir.
Kitabın baş rolları Dakota Yanning və Tom Cruise olan eyniadlı filmi də mövcuddur.
Elmi-fantastika janrı ilə ilk dəfə tanış olacaqsınızsa, Uells əla seçimdir, əsas da "Zaman maşını" əsəri.