Ryan Holiday - Ego düşmanındır.
Öz daxili aleminə səyahət edən, öz egosunu sorğulayan Ryan Holiday- in özü ilə başlayan bir kitabdır. Onun bu kitabı ərsəyə gətirməkdə əsas məqsədi özünü bir üst səviyyəyə çatdırmaq istəyən insanlara egodan xilas olaraq daha asan və tez yolu qət etməyin mümkünlüyünü izah etməyə çalışır. Bunun üçün özündən savayı tarixi, tanınmış və oxşamaq istəyimiz insanları incələyərək egonun məqsəd, uğur, tənəzzül, depressiya və s. yollarında nələrə səbəb olacağını ortaya qoyur. Bizim inkişafımız və ya uğursuzluğumuz xarici və daxili dəyişikliklərə bağlı olaraq dəyişə bilər. İçsəl olaraq hər şeyi dəyişmək öz əlimizdədir. Ego da bunlardan biridir. İstəyərək gözlərimizə pərdə asmağa, uğursuzluqlarımıza haqq qazandırmağa, hərəkətə keçməməyimizə səbəblər yaradan ən böyük düşmən olaraq içimizdə oturur.
Ego uğursuzluqlardan qorxur. Sizi səhvlərinizdən dərs çıxararaq təkrar cəhdinizə əngəl olur.
Ego təriflənməyi sevər, zəifliklərinizi aşkarlamağa çəkinər, nöqsanlarla üzləşməkdən qaçar. Egosuz isə o nöqsanlar üzərində işləyərək onu bit uğura çevirə bilərsiz.
Konfor egoyla əl- ələ gəzir. Özünüzü əziyyətə verib yeni işlər, bilgilər arxasında qaçmırsınızsa, konfor zonasında yaşayaraq egoya işləyirsiniz.
Oxunulması gərəkən bir kitabdır, hansı ki, içindəki tanıdığımız və tanımadığımız şəxsiyyətlərin çöküş və yüksəliş dövrlərini detallı oxumaq belə insana zövq və həvəs verir.