İlk başda romanın adıyla hadisələrin uyğun olmadığını düşünmüşdüm amma sonlara doğru artıq hər şey aydınlaşdı.
Əsər, alman Christine ilə yəhudi İsaac barədə olsa da, əsas mövzusu müharibənin çirkin, iyrənc tərəflərini oxucuya çatdırmaqdır. Duyğu seliylə oxuduğum bu kitabda almanların necə murdar olduqlarının, elə rusların da onlardan geri qalmadıqlarının şahidi oldum. 1938-ci ilin səhəri şən və qayğısız görüşən sevgili, nə biləydilər ki, səhəri gün artıq Hitler öz xain planlarını tətbiq etməyə başlayıb. Qəhrəmanlarla birgə sevindim, ağladım, ümidləndim. Nəzərinizə çatdırım ki, real hadisələr əsasında yazılıb əsər.
Sevinirəm ki, o illəri görüb, yaşamamışam. Çox ağırdır, həqiqətən...