Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Evlilik və Əxlaq

Bertrand Russell

Evlilik və Əxlaq Gönderileri

Evlilik və Əxlaq kitaplarını, Evlilik və Əxlaq sözleri ve alıntılarını, Evlilik və Əxlaq yazarlarını, Evlilik və Əxlaq yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sitat, Russelin fikirlərinə absurd deyənlərə gəlsin...
Mənim insanları götür-qoy etmədən, ürəkləri istədiyi hər şeyi etmək kimi bir özbaşınalığa çağırmaq, onları bunun düzgünlüyünə inandırmaq kimi bir istəyim yoxdur. Əksinə, mən insanları indiki əxlaq normaları irəli sürdüyündən artıq şəkildə özlərinə nəzarət etməyə inandırmaq istəyirəm. Ancaq bu özünənəzarət başqa fərdlərin azadlıqlarınının məhdudlaşdırılmasına gətirib çıxarmamalı, öz şəxsi azadlıqlarının qorunduğu çevrədə baş verməlidir.
Sayfa 325Kitabı okudu
Mənim inancıma görə bu ortalıqda olan tərbiyə ilə böyüdülmüş hər on adamdan doqquzunun cinsi münasibətlərlə bağlı duyumunda və qavramında yarımçıqlıq vardır və buna görə də onlar evlilikdə xoşbəxt yaşaya bilmir, normal cinsi münasibətlər qurmağı bacarmırlar. Necə acınacaqlı olsa da, onlarda yaradılmış bu duyum və qavrayış çatışmazlığını aradan qaldırmaq artı mümkün deyildir, burada görülə biləcək ən gərəkli iş isə onların öz uşaqlarını da özləri kimi belə bir naqisliyə sürükləməsinin qarşısını almaq ola bilər.
Sayfa 325Kitabı okudu
Reklam
Yeni əxlaq normalarının tərəfdarı olan heç bir ağıllı insan, bu yeni normaların toplumda birdən birə, çox böyük sürətlə yayılmasını gözləmir. Belə olarsa, artıq impulsiv istəkləri köhnə əxlaq qoruyucuları tərəfindən sıxma-boğmaya salınmış yaşlılar və gənclər də hamılıqla impulsiv istəklərinə azadlıq verməli olardılar. Burada bir keçid dönəmi olmalıdır, daha doğrusu, öz uşaqlarını yeni normalara uyğun böyüdəcək valideynlər nəsli ortaya çıxmalıdır.
Sayfa 324Kitabı okudu
Platon sağ olsaydı, bir az da irəli gedib, dövlətin təkcə ataların yox, anaların da qayğılarını öz üzərinə götürməli olduğunu irəli sürərdi. Mənə gəlincə, nə dövlətin vurğunuyam, nə də yetim evlərində yaşayan uşaqların durumu ürəyimcədir, ona görə də belə bir utopiyanın gerçəkləşəcəyini ummaqdan da uzağam. Bundan başqa da iqtisadiyyatdakı dəyişikliklərin belə bir nəticəyə gətirəcəyi də, məncə, inandırıcı deyildir.
İqtisadiyyatın görməli olduğu ən başlıca iş ərzaq məhsulları, o sıradan insanlar üçün ən gərəkli şeyləri istehsal etməkdir, bütün bu istehsal olunan məhsullar isə təkcə bu işi görən ayrı-ayrı fərdlərin yox, həm də onların ailələrinin yaşaya bilməsi üçündür. Ona görə də ailə münasibətləri dəyişəndə, insanları iqtisadi sferada irəliləməyə yönəldən səbəblər də dəyişmiş olacaqdır. Deməli Platonun dediyi kimi olarsa, yəni birdən dövlət uşaqları ata-analarından ayırıb onların dolanışığı ilə tərbiyəsini öz üzərinə götürərsə, onda insanlar nəinki öz həyatlarını sığorta etməyəcəklər, heç var dövlət yığmağa da gərək duymayacaqlar. Beləlikə də dövlət ata rolunu öz üzərinə götürsə, onda ipso fakto toplumda yeganə kapitalistə çevriləcəkdir.
Ancaq çağdaş dünyamızda kişilərlə qadınların bərabər hüquqlu sayılması büsbütün yeni bir sistemin yaradılmasını qaçılmaz eləyir. Bu bərabərliyə iki yolla çatmaq olar: ya gərək kişilər də qadınların bu çağadək boyun əydikləri kimi, bir qadınla yetinsinlər; yaxud da, gərək, qadınların da bəlli durumlarda kişilər kimi oturuşmuş əxlaq normalarını pozmasına yol verilsin.
Reklam
Üçüncüsü, gərək boşanma qadınla kişinin bir-birini qarşılıqlı günahlandırması ilə baş verməsin və toplumda heç bir durumda ona rüsvayçılıq kimi yanaşılmasın.
Beləliklə də bizim seksual etikamız qadınların 20 yaşadək uşaq doğmasını minimuma endirməyə çalışmalıdır. İkincisi, seksual baxımdan təcrübəsi olmayan kişi, yaxud qadının cismani-seksual ehtirası, uğurlu evlilik üçün çox önəmli olan, bir-birinə uyğun gələn könüllərin qovuşmaq istəyindən ayırd edə bilməsi ehtimalı çox azdır.
Qadınlar seksual azadlıq qazansaydılar, onda atalıq hüququ da aradan qalxardı və qadınlar da bu durumda uşaq doğduqları kişilərdən heç bir köməklik və yardım da gözləməzdilər. Ola bilər, işlərin gedişi sonda elə buna gətirib çıxarsın, ancaq birdən bu baş verərsə, yaranan çox dərin ictimai dəyişikliklərin yaxşılığamı, yoxsa pisliyəmi aparıb çıxaracağını indidən demək mümkün deyildir.
Bir çoxumuzun ən böyük problemi...
Burada iki cür ziyandan söz açmaq olar. Bunlardan birincisi, bu əxlaq qadağalarının kökünün çox əski çağlara gedib çıxması ilə bağlıdır, onların yarandığı toplumların sosial-siyasi quruluşu, bizim indiki toplumun quruluşundan büsbütün seçilib ayrılırdı, ancaq bu günümüzə gəlib çıxmış əxlaq qadağaları indi bugünkü gerçəkliyə uyğun gəlmir.
Reklam
Müsəlmanlarda, yəhudilərdə donuz ətini yemək qadağandır. Çox vaxt bu yasaqların nə üçün qoyulduğunu aydınlaşdırmaq olmur, bu, haçansa, nəyə görəsə qoyulmuş bir qadağadır.
Heç vaxt xanımınızı kütbeyinlikdə qınamayın, çox ola bilsin, elə buna görə də o, özünə yaxşı ər seçə bilməmişdir.
Mükəmməl cümlə...
Bizim emosiyalarımız biliyimizlə tərs mütənasib olur: nə qədər az biliriksə, o qədər də çox özümüzdən çıxırıq.
Mənim kitab rəfimdə Bibliya da var, ancaq mən onunla yanaşı Volterin də kitabını saxlayıram, axı zəhər olan yerdə gərək zəhərə qarşı dərman da olsun.
İşlərimin çoxluğundan öləcəyim günü yubatmalı oldum.
1.419 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.