Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Evlilik və Əxlaq

Bertrand Russell

Sözler ve Alıntılar

Tümünü Gör
Platon sağ olsaydı, bir az da irəli gedib, dövlətin təkcə ataların yox, anaların da qayğılarını öz üzərinə götürməli olduğunu irəli sürərdi. Mənə gəlincə, nə dövlətin vurğunuyam, nə də yetim evlərində yaşayan uşaqların durumu ürəyimcədir, ona görə də belə bir utopiyanın gerçəkləşəcəyini ummaqdan da uzağam. Bundan başqa da iqtisadiyyatdakı dəyişikliklərin belə bir nəticəyə gətirəcəyi də, məncə, inandırıcı deyildir.
Sitat, Russelin fikirlərinə absurd deyənlərə gəlsin...
Mənim insanları götür-qoy etmədən, ürəkləri istədiyi hər şeyi etmək kimi bir özbaşınalığa çağırmaq, onları bunun düzgünlüyünə inandırmaq kimi bir istəyim yoxdur. Əksinə, mən insanları indiki əxlaq normaları irəli sürdüyündən artıq şəkildə özlərinə nəzarət etməyə inandırmaq istəyirəm. Ancaq bu özünənəzarət başqa fərdlərin azadlıqlarınının məhdudlaşdırılmasına gətirib çıxarmamalı, öz şəxsi azadlıqlarının qorunduğu çevrədə baş verməlidir.
Sayfa 325Kitabı okudu
Reklam
İqtisadiyyatın görməli olduğu ən başlıca iş ərzaq məhsulları, o sıradan insanlar üçün ən gərəkli şeyləri istehsal etməkdir, bütün bu istehsal olunan məhsullar isə təkcə bu işi görən ayrı-ayrı fərdlərin yox, həm də onların ailələrinin yaşaya bilməsi üçündür. Ona görə də ailə münasibətləri dəyişəndə, insanları iqtisadi sferada irəliləməyə yönəldən səbəblər də dəyişmiş olacaqdır. Deməli Platonun dediyi kimi olarsa, yəni birdən dövlət uşaqları ata-analarından ayırıb onların dolanışığı ilə tərbiyəsini öz üzərinə götürərsə, onda insanlar nəinki öz həyatlarını sığorta etməyəcəklər, heç var dövlət yığmağa da gərək duymayacaqlar. Beləlikə də dövlət ata rolunu öz üzərinə götürsə, onda ipso fakto toplumda yeganə kapitalistə çevriləcəkdir.
Ancaq çağdaş dünyamızda kişilərlə qadınların bərabər hüquqlu sayılması büsbütün yeni bir sistemin yaradılmasını qaçılmaz eləyir. Bu bərabərliyə iki yolla çatmaq olar: ya gərək kişilər də qadınların bu çağadək boyun əydikləri kimi, bir qadınla yetinsinlər; yaxud da, gərək, qadınların da bəlli durumlarda kişilər kimi oturuşmuş əxlaq normalarını pozmasına yol verilsin.
Yeni əxlaq normalarının tərəfdarı olan heç bir ağıllı insan, bu yeni normaların toplumda birdən birə, çox böyük sürətlə yayılmasını gözləmir. Belə olarsa, artıq impulsiv istəkləri köhnə əxlaq qoruyucuları tərəfindən sıxma-boğmaya salınmış yaşlılar və gənclər də hamılıqla impulsiv istəklərinə azadlıq verməli olardılar. Burada bir keçid dönəmi olmalıdır, daha doğrusu, öz uşaqlarını yeni normalara uyğun böyüdəcək valideynlər nəsli ortaya çıxmalıdır.
Sayfa 324Kitabı okudu
Mənim inancıma görə bu ortalıqda olan tərbiyə ilə böyüdülmüş hər on adamdan doqquzunun cinsi münasibətlərlə bağlı duyumunda və qavramında yarımçıqlıq vardır və buna görə də onlar evlilikdə xoşbəxt yaşaya bilmir, normal cinsi münasibətlər qurmağı bacarmırlar. Necə acınacaqlı olsa da, onlarda yaradılmış bu duyum və qavrayış çatışmazlığını aradan qaldırmaq artı mümkün deyildir, burada görülə biləcək ən gərəkli iş isə onların öz uşaqlarını da özləri kimi belə bir naqisliyə sürükləməsinin qarşısını almaq ola bilər.
Sayfa 325Kitabı okudu
Reklam
Bütün ideologiyaların kökündə insanı sürüləşdirmək istəyi dayanır.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.