Məncə, kitab çox uğurlu alınıb. Hər şey çox sadə bir dillə izah edilib və demək olar ki, heç bir riyazi düsturlardan istifadə edilməyib (E=mc² istisna olmaqla). Riyaziyyatla münasibətim heç yaxşı olmadığı üçün bu sevindirici idi.
Kainata səyahət edirik və sanki, bu həqiqət idi. Günəş sistemimiz və daha uzaqlar və son nöqtə, başlanğıc nöqtəsi və onun arxasında yatan həqiqətlər.
Atomların quruluşu və xüsusiyyətləri çox gözəl izah edilib. Kaş fizika və kimya dərsləri də bu kitabdakı kimi izah edilərdi.
Xüsusi və Ümumi nisbilik nəzəriyyəsini və mənə ən çox çətin və qorxulu gələn kvant fizikasını da demək olar ki, alnlamağıma kömək etdi. Kvant fizikası ilə bağlı son iki bölmədə danışılanlar bir az çətin gəldi, etiraf edirəm. Bunun səbəbi də, əvvəlki bölmələri daha öncə bir dəfə oxuduğum üçün, ikinci dəfə oxuyan zaman daha yaxşı anladım. Amma son iki bölməni ilk dəfə oxuyurdum. Ona görə də kitaba yenidən göz gəzdirməyi düşünürəm.
Böyük Partlayış (Big Bang) nəzəriyyəsi barədə də ətraflı məlumat verilir, zatən əsas mövzu da budur. Böyük Partlayış'dan əvvəl nə var idi? Və BP-ın yaranmasına nə təkan vermişdir? Və bunun kimi başqa suallara cavab tapılmağa çalışılırdı. Müxtəlif fikirlər irəli sürülsə də, bunlardan hansının doğru olduğunu demək çətindir.
Məncə, maraq dairənizdədirsə, bu kitabı mütləq oxuyun, amma diqqətli olmağı da unutmayın.