Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əfqanıstan Uçurumu

Zakir Sadatlı
8/10
7 Kişi
24
Okunma
6
Beğeni
549
Görüntülenme
Sovet ordusunun Əfqanıstana girməsi və 10 il aparılan mü­ha­ribənin nəticəsi nə oldu? Sovetlər Birliyi bu savaşı niyə başladı, niyə bu müharibə sona çatmadı? Qəribə odur ki, Əfqanıstan müharibəsi barədə yüz–lərlə əsgər mahnısı, tarixi faktları əks etdirən onlarla kitab yazılsa da, bu savaşın bədii həlli tapılmayıb, bu müharibə barədə roman-xatirə yoxdur. Zakir Sadatlı Əfqanıstana girən ilk Sovet hərbi birləş­mələ­rinin tərkibində olub. 2 il ərzində gördük­lərini – mü­haribə dəh­şətlərini, savaş iztirablarını, dost itkilərini, ölüm-itimləri – düz 30 ildən sonra yazdı, ürəyində və yaddaşında düyünlənib qalmış bu ağır yükü oxucularla bölüşdü. Roman – detektiv əsər, çılpaq həyat fəlsəfəsi, müharibə estetikası, mübarizə poetikası təəssüratı yaradır. Amma bütün bunların heç biri təxəyyül məhsulu deyil, reallıqlardır, yazıçının eşitdikləri yox, yalnız gördükləri, içində olduqlarıdır… Oxucu müəlliflə bərabər mühasirə dəhşətini, dö­yüş həyacanını yaşayır; müharibə görməyən, az qala, silahın nə olduğunu bilməyən oxucu belə müəlliflə bərabər döyüşlərə atılır və sonda müharibənin yükü çiyinlərində, bərkə-boşa düşmüş adam kimi romanı bitirir. Bitirirmi? Yox, bu hiss və düşüncələr bir ömrün təəs­sürat­la­rına bəs edər.
Yazar:
Zakir Sadatlı
Zakir Sadatlı
Tahmini Okuma Süresi: 6 sa. 36 dk.Sayfa Sayısı: 233Basım Tarihi: 2013Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952263916Ülke: AzerbaijanDil: AzericeFormat: Ciltli

Yorumlar ve İncelemeler

Tümünü Gör
233 syf.
·
Puan vermedi
Zakir Sadatlı-Əfqanıstan uçurumu Kitabı bu yaxınlıqda görmüşdüm və istər kitabın adı,istərsə də üz qabığı çoxx xoşuma gəldi.Xalid Hüseyninin kitablarından Əfqanıstanın əvvəlcə Sovet Rusiyasi sonrada Talibanlar tərəfindən işğal edilməsini artıq bilməyən qalmayıb.Bu kitabda da Sovet Rusiyasının Əfqanıstana daxil olmasından bəhs olunur.Kitab çoxx ela deyildi.amma çox pisde deyildi.Oxumaga deyer.
Əfqanıstan Uçurumu
Əfqanıstan UçurumuZakir Sadatlı · Qanun Nəşriyyatı · 201324 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.