Ebu 'l Â'lâ Mevdudi'nin qələmindən oxuduğum ilk kitab olan "Gelin Müslüman Olalım" (Gəlin Müsəlman Olaq) İslamın təməl məhvumlarını anlamağımızda olduqca yararlı bir əsərdir.
Bütün həyatı boyu İslamın doğru yolunu insanlara çatdırmaq üçün çalışan və bunun uğrunda neçə - neçə çətinliklərə məruz qalan yazarımız bizlərə əvvəlcə Qərb Mədəniyyətinin fəlsəfik vəhşiliyini göstərir.Yəni təməl etibarı ilə Qərbin Darwin , Marx , Hegel kimi düşünürlərinin yaratdığı anlayışların vəhşiliyini göstərir.Şərqin isə ən böyük probleminin onları təqlid ettiklərini söyləyərək çox doğru nöqtəyə toxunur.Müsəlmanların əsas problemlərinin (əsasən də təmbəllik, yersiz mübahisələr və s.) və bu problemlərin yaratdığı fəsadları gözlər önünə gətirir.Yenə qərb düşüncə məntiqindən irəliləyərək Materyalizm , Kapitalizm , Kommunizm kimi təməl etibarı ilə bir birinin eynisi olan düşüncələrə toxunur və onların yanlışlarını , İslami uyğunsuzluqlarını isbat edir.Eyni zamanda bu düşüncələrə qarşı İslamın alternativ yollarını göstərir.Mevdudi milliyyətçilik , demokratiya kimi məhvumları da incələyir.Ardınca daxilə yönələrək müsəlmanların təmbəlliklərindən şikayətlənməklə qalmır bizlərə inandığımız dinin yaşayan örnəyi olmağımızı tövsiyyə edir.
Kitabın davamında Camaat-ı İslam təşkilatı və etmək istədikləri haqqında məlumatlar verərək hər nə olursa olsun insanları , bizləri İslamın pak yoluna dəvət edir.
Mevdudi örnək bir şəxsiyyətdir.
Oxumağa , düşüncələrini tanımağa və tövsiyyələri üzərinə düşünməyə dəyər.