Harika Çocuk

Roy Jacobsen

En Beğenilen Harika Çocuk Gönderileri

En Beğenilen Harika Çocuk kitaplarını, en beğenilen Harika Çocuk sözleri ve alıntılarını, en beğenilen Harika Çocuk yazarlarını, en beğenilen Harika Çocuk yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dağıdanlarla tikənlər heç vaxt eyni adamlar olmur.
-Bayırdansa evdə daha yaxşı əyləncə var..Bayırda həyat qarma-qarışıqdır- hayana baxırsan, taxta-tuxtadır, binalar, damlar, onlardan da o yana ot basmış çöllər, ağac kötükləri, tirlər, şalbanlar, axıb gedən sular, qalın kolluqlar, palçıq yollar..keçə və iri qətran parçalarını, ağac qırıntılarını yandırırlar, mərtəbəli daxmalar tikirlər..Sonra güclülər, qüdrətlilər bu imarətlər üstündə müharibələr aparır, onları bir anda yerlə-yeksan edirlər, bir gün sonra yenə də tikirlər..Həm də onları dağıdanlar yox, başqaları tikir..Dağıdanlarla tikənlər heç vaxt eyni adamlar olmur..Bunu ona görə deyirəm ki, mən inşaatçı idim, balaca olsam da..Dağılmış qəsrlərimizi görəndə göz yaşlarımı saxlaya bilmirdim..Əvəz çıxmaqdan, qisas almaqdan danışırdılar, amma vandalların itirməyə bir şeyi yox idi, xoş əhval və qəhqəhələri üçün hər şeyə gedirdilər..Ancaq itirməyə bir şeyi olanlarla itirməyə heç vaxt heç nəyi olmayanlar arasında, heç vaxt bir qara quruş da əldə etmək istəməyənlər arasında parçalanmanın izləri görünürdü..
Reklam
304 syf.
5/10 puan verdi
·
18 günde okudu
Əsərin qəhrəmanı Finn adlı Norveçli bir oğlan uşağıdır. Finn sinifin ən ağıllı şagirdidir. Yaxşı mütaliəsi, güclü yaddaşı var.Eyni zamanda çox nadincdir. Finn anası ilə iki nəfərlik kiçik bir ailədə böyüyür.Kran maşinisti olan atası onları atıb gedib və qəzaya düşüb. Bir gün evlərinə bir qadın gəlir və Finn atasının başqa bir qadından ögey bacısı olduğunu öyrənir.Bunu əvvəlcə istəməsə də, sonra bacısının gəlişinə sevinir. Kiçik qızın ailəyə gəlməsi ilə evin ehtiyacları daha da artır.Finnin anası evin bir otağını kirayə verməyi qərara alır. Yeni kirayəşinlə ailə daha da böyüyür və onları taxmin etmədikləri hadisələr gözləyir. Xəyanət, sədaqət və sevgi haqqında olan bu hekayə beləcə başlayır... Finnin fikirləri, böyüdükcə fikirlərinin dəyişməsi, ətrafına qarşı münasibəti əsərdə əks olunub. Əsər başlarda axıcı olsa da ortalarda sıxıcı irəliləyirdi. Ümumilikdə əsəri çoxda bəyənmədim. Sonluğu mənə qəribə gəldi, sanki hər şey başladığı yerə geri qayıtmış kimi oldu.
Möcüzə Uşaq
Möcüzə Uşaq
Roy Jacobsen
Roy Jacobsen
Möcüzə Uşaq
Möcüzə UşaqRoy Jacobsen · Qanun Nəşriyyatı · 201577 okunma
Bu, həyat uğrunda çarpışan bir adamın əldən tutması kimidir. Bu cür yapışmaqla o səni özünə, öz ürəyinə bağlayır, səni məngənə kimi sıxır, ta ki öldürsün, sən qəbirdə çürüyəndə də sənin yanında uzansın.
Lindanın fikri bu dünyada deyildi, bir gün mən bunu, nəhayət, başa düşəcəyəm, o, Marsdan gəlmişdi. Yerə enib bütpərəstlərlə danışmaq istəyirdi, norveçlilərlə fransızca, amerikalılarla rusca danışmaq istəyirdi. O bir tale idi, həm gözəllik, həm də bir fəlakət idi. Hərəsindən bir az. Anamın güzgüsü, anamın uşaqlığı. Hər şey təkrar olunurdu. Heç vaxt yox olmayan bir şeydən qalan axırıncı fraqment. Tanrının onu yaratmaqda bir məqsədi olmalı idi. Gizli bir planı olmalı idi. Amma nə?
Cəzanın müxtəlif növləri, çeşidləri varmış, elə bilirdim ki, onların hamısını bilirəm. Günah və uçurum da varmış.
36 öğeden 51 ile 36 arasındakiler gösteriliyor.