Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Havay Tətilləri

Əyyub Qiyas

Havay Tətilləri Hakkında

Havay Tətilləri konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
9/10
1 Kişi
4
Okunma
1
Beğeni
113
Görüntülenme

Hakkında

Havay tətilləri” Əyyub Qiyasın növbəti romanıdır. Kitabdakı hadisələr "Azərbaycanda, Moskvada və Havay adalarının Hilo şəhərində cərəyan edir. Əsərdə keçmiş SSRİ lideri Leonid Brejnevin müəmmalı dəfninin sirləri və azərbaycanlı jurnalist Orxan Abbaszadə ilə amerikalı polis Nani Midlerin maraqlı sevgisi yer alır. Roman detektiv-macəra janrında qələmə alınıb.
Tahmini Okuma Süresi: 9 sa. 58 dk.Sayfa Sayısı: 352Basım Tarihi: 2021Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 2001330574634Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Əyyub Qiyas
Əyyub QiyasYazar · 1 kitap
Əyyub Qiyas 1968-ci il dekabrın 14-də Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib (1986-1990). 1991-1993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır. Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru (1988-1990), "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru (1990-1991), "168 saat" qəzetinin baş redaktorunun müavini (1991-1992), "Xəzər" jurnalının redaktoru (1992-1993) olub. Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb (1993-1997-ci illər). Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub (1997-2012). "Sahilsiz dəniz" dərgisinin baş redaktorudur (2004), "Ulduz" (2004-2014) və "Ulu çinar" (2011-2012), "Qobustan" (2014)dərgilərinin redaksiya heyətinin və AYB gənclər şurasının (2004-2014) üzvü, Prezident təqaüdçüsüdür. Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. "Mən bir sapand daşıyam ki..." (şeirlər), "Qarışqa" (povest və hekayələr) kitabları nəşr olunub (1996). Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib. 2016-cı ilin may ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və "Xəzər" dərgisində redaktor işləyib. 2017-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına qədər "Qanun" nəşriyyatında redaktor olub. "Qara işıq" omanı 2004-cü ildə "İlin romanı" ədəbi kulturoloji mükafata layiq görülüb. "Ədəbiyyat" qəzetində gedən "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə 2016-cı ildə Əlibəy Hüseynzadə mükafatına, Belorus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanının tərcüməsinə görə 2017 -ci ildə Mədəniyyət və Turizm nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb.