Birinci bölümü oxumadan ikincini anlamaq olmaz. Ona görə bu roman qarşınıza çıxıbsa və oxumağa qərar vermisinizsə ilk öncə Son Sürət-i oxuyun. Yazarın qələmini zatən ilk kitabından bəyəndim. Dərin duyğular, hissiyyatlar şəxsən mənə çox keçdi. Hər qəhrəmanı o qədər detallandırmışdı ki, oxuyarkən sanki filmini izləyirdim. Hər şey gözümün önündə canlanırdı. 3 günə bitirdim. Nəfəsimi tutaraq oxudum. Cinsəllik açık şəkildə yansıdılıb. Kiminə görə bu aşırı ola bilər. Şəxsən mənə qəhrəmanların duyğu selini ötürə bildi və bundan məmnunam. Bundan sonra Emma Scott romanlarına daha çox yer verməyi düşünürəm