"Xan" Xatirə Ədəbiyyatı 38. Kitab

Əhməd Cavad Haqqında Xatirələr

Kolektif

Əhməd Cavad Haqqında Xatirələr Gönderileri

Əhməd Cavad Haqqında Xatirələr kitaplarını, Əhməd Cavad Haqqında Xatirələr sözleri ve alıntılarını, Əhməd Cavad Haqqında Xatirələr yazarlarını, Əhməd Cavad Haqqında Xatirələr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Əhməd Cavad haqq bağıran səsiylə istiqlaliyyəti çeynənmiş bir ölkədə çırpınırdı ki, Oğuzların, Elxanların miras qoyduğu qədim Türk məskəni Azərbaycanda üçrəngli bayrağı yenidən göylərə qaldıranlar sırasında olsun.”
Ürəyi ən zərif, ən incə duyğularla dolu bir insanı əzabla öldürmək! Bundan dəhşətli nə ola bilər?!
Reklam
"Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!"
Acı amma gerçək...
İçərişəhər. 6-cı qala döngüsü. 12 nömrəli ev... Qapı döyülür, 3 nəfər qara paltarlı adam Şükriyyə xanıma "bizimlə getməlisən",- deyir və çox çəkmir ki, Bakının boş küçələrindən keçib pay-piyada Bayıl qalasına sarı gedirlər. Şükriyyə gözünü açanda özünü kiçik, qaranlıq otaqda görür. Sonra müstəntiqin sorğu-sualı başlayır: -Bizə göstəriş verilibki səni Axundzadə soyadından çıxarıb, yenidən ata soyadın olan Bejandze soyadına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub ata evinə qayıtmalısan. Yoxsa səni qarlı Sibirə sürgün gözləyir. Bu tələbi heç bir vəchlə qəbul etməyən Şükriyyə bit-sirkə, siçovullar olan otağa salınır. Məhz bunu qəbul etmədiyi üçün ömrünün 8 ilini Qazaxıstanın o dəhşətli düşərgəsində keçirir. Odun doğrayır, yük daşayır, dərzilik, aşpazlıq edir... "Təsirli olan isə, bu Əhməd Cavadın keşməkeşli həyatının sadəcə bir hissəsidir"
Azərbaycan Respublikasının himni
Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Azərbaycan! Azərbaycan
Repressiya...
Gecə yarısı aparılanlar çox nadir hallarda geri qayıdırdılar.
Reklam
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.