Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Hüzünlü Fahişələrim

Gabriel Garcia Marquez

Hüzünlü Fahişələrim Gönderileri

Hüzünlü Fahişələrim kitaplarını, Hüzünlü Fahişələrim sözleri ve alıntılarını, Hüzünlü Fahişələrim yazarlarını, Hüzünlü Fahişələrim yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
..həyat – heç də axıb gedən coşqun Heraklit çayı deyil, doxsan il qovrulduğun ocaqda daha bir doxsan il də o biri böyrün üstə bişmək fürsəti verən möcüzəli bir şeydir.
Reklam
..məhəbbət məni çox gec öyrətmişdi ki, insan kimdən ötrüsə özünü səliqəyə salır, ətirlənir, mənim isə heç kimim olmamışdı.
..şöhrət – səninlə yatmayan, ancaq oyananda başının üstündə dayanıb, sənə baxdığını gördüyün gombul senyordur.
..dünyanı hərəkətə gətirən yenilməz qüvvə heç də sonu xoşbəxtliklə bitən məhəbbət deyil, uğursuz məhəbbətdir
Reklam
..məsələ yaşda deyil, özünü neçə yaşda hiss etməyindədir.
..həqiqətən baş verən şeylər bəzən unudulsa da, heç vaxt baş verməyən şeylər həqiqətən olubmuş kimi yadda qalır.
Heyvanlara, eləcə də, hələ dil açmamış körpələrə uyğunlaşa bilmirəm. Mənə elə gəlir, onların ürəyi laldır. Deyə bilmərəm ki, onları sevmirəm, sadəcə, onlara dözmürəm, çünki onlarla davranmağı öyrənməmişəm. Kişinin öz iti ilə arvadından daha yaxşı dil tapması mənə qeyri-təbii görünür
Beşinci onillikdə ilk yaddaş pozuntularını hiss edəndə, qocalığın nə olduğunu anlamağa başladım. Eynəyimi öz üstümdə tapana qədər bütün evi alt-üst edirdim, ya gözümdə eynək duşun altına girirdim, ya da uzağı göstərən eynəyi çıxarmadan yaxını göstərən eynəyi taxırdım.
Reklam
..ilk dəyişikliklər elə yavaş gedir, adam bunu hiss etmir, daxilən özünü əvvəllər olduğu kimi görməkdə davam eləyir, başqaları isə ona baxdıqca bu dəyişikliyi sezirlər..
..qocalığın ilk əlaməti – adamın atasına oxşamağa başlamasıdır.
Uşaq vaxtı eşitmişdim ki, adam öləndə onun saçlarında yuva salmış bitlər ölənin doğmalarına xəcalət verərək, yastığın üstü ilə dəhşətlə qaçışırlar. Bu, məni o qədər heyrətləndirmişdi ki, məktəbə gedəndə saçımı dibdən qırxdırıb, itlər çimizdirilən cod sabunla keçəlimi yumuşdum. Başqa sözlə desək, uşaqlıqdan utancaqlıq hissinin məndə ölüm haqqında təsəvvürdən yaxşı formalaşdığını indi anlayıram.
" Başqaları səni tanıdığı kimi olmağa məhkumsan".
Sayfa 212 - DƏK seriyasıKitabı okudu
"Sevgisiz seks-aşiq olmayanlar üçün təsəllidir."
Sayfa 197 - DƏK seriyasıKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.