Hz. Əlinin Həyat Tərzi

Dilman Şahmerdanlı

Sayfa Sayısına Göre Hz. Əlinin Həyat Tərzi Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Hz. Əlinin Həyat Tərzi sözleri ve alıntılarını, sayfa sayısına göre Hz. Əlinin Həyat Tərzi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Doğruluq Və Əmanətdarlıq
.."Əlini Allahın Rəsulu yanında yüksək mərtəbəyə çatdıran şeylərə fikir ver və onlara əməl et. Həqiqətən də, Əlini Peyğəmbər yanında bu qədər hörmətli edən şey yalnız onun doğru danışmağı və əmanətdarlığı olmuşdur." Camaatın namazı, orucu, rüku və səcdələri sizi aldatmasın, baxın görün, onların doğruluğu və əmanətə riayət etməsi necədir? Əgər yerindədirsə, deməli, onları əsl namaz qılan və oruc tutan saymaq olar.
İnsan tərbiyəsinin ana kitabı Quranda buyurulur: - Əlinə gələn hər şeylər üçün sevinib həddini aşma, əlindən çıxan şeylər üçün isə qəmlənib ümidsiz olma. Onsuz da bir gün hər şeyi və hər kəsi itirəcəyik. Heç vaxt əldən çıxmayacaq, fani olmayacaq şeylər üçün çalışmaq lazımdır, sevincimiz və kədərimiz belə şeylər üçün olmalıdır.
Reklam
Kamil insan varlığı zahirdə bir-birinə zidd görünən bütün üstün xarakter və səciyyələrin məcmusudur və onların hər biri məqamında aşkar olur.
Döyüşlərdə Aldığı Yaralar
Eşq alovu cana düşdükdə insan heç bir ağrı-acını hiss etmir. Həzrət Əlinin varlığı başdan-başa ilahi eşq alovu ilə şölələnirdi.
İnsanın Şəxsiyyətinə Hörmət
İnsan Allahın yaratdığı ən uca varlıqdır. Bunu Allah Quranda "Həqiqətən də, Biz Adəm övladını əziz tutduq." ifadəsi ilə açıqlayır. Bir rəsmi təhqir edən şəxsin rəssamı təhqir etmiş sayıldığı kimi, insanı təhqir edən, kiçildən də onun Yaradanını təhqir etmiş sayılır.
Dinimizə görə, insanların bir-birindən üstünlüyü yalnız onların Allaha bəndəliyi baxımındandır.
Reklam