Özümüzə aid bir həyat qurmalıyıq. Bəs bunu necə etməliyik?

İnsan Gələcəyini Necə Qurmalıdır?

İlber Ortaylı

En Beğenilen İnsan Gələcəyini Necə Qurmalıdır? Sözleri ve Alıntıları

En Beğenilen İnsan Gələcəyini Necə Qurmalıdır? sözleri ve alıntılarını, en beğenilen İnsan Gələcəyini Necə Qurmalıdır? kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Bir uşaq dil öyrənməyə başlayanda yalnız söz, ya da cümlə öyrənmir; düşüncə forması öyrənir, öz içində yeni sistem qurur. O sistem insana zənginlik qatır, yeni qabiliyyətlər gətirir və qabiliyyətlər insanı dəyişdirir. Dildən istifadə etməsəniz, unutmağa başlayırsınız. Unutduğunuz da yalnız söz və ya cümlə olmur. Bax həmin sistem, zənginlik, o qabiliyyət ortadan qalxır. Bu, ana dili üçün də belədir, hətta ən çox ana dilinə aiddir. İnsan ən çox ana dilini unutduğu zaman insanlıq xüsusiyyətini itirir. Bu baxımdan dilimizi qorumalı, üstündə əsməliyik.
Reklam
Tolstoy deyir: “Əlinizdəki işi atın, dayanın, ətrafa baxın, haradan gəlib hara getdiyinizi bir düşünün”.
Fərqli insanlardan ibarət mühit
Hər kəs öz oxşarını tapır.Bənzərlər bir-birlərini tərifləməkdən doymazlar.Tələbələrin bu sözü yadda saxlamalarını və özlərinə bənzəməyən insanlarla tanış olub,münasibət yaratmalarını məsləhət görürəm.Bu məsələdə universitetdəki müəllimlərindən nümunə götürməsinlər.Çünki ,təəssüf ki, universitetdəki müəllimlər də öz bənzərləri ilə gəzirlər.Yerlibazlıq hər sahədə olduğu kimi,burada da özünü göstərir.
Sayfa 208Kitabı okudu
Məsələ yalnız məktəb açmaqda, müəllim yetişdirməkdə deyil; cəmiyyət təhsillə nələrin olacağını, məqsədini, hədəfini anlaya bilməyib. Bunu anlaya bilməyən cəmiyyətlər istənilən halda batır. Ciddi olaraq anlayan cəmiyyətlər isə davam edir.
Sayfa 168Kitabı okudu
Vətəninizi çox yaxşı tanıyıb öyrənməlisiniz. Buna məcbursunuz. Vətənini tanımayan, onu sevməyən insanın dünya vətəndaşlığı da, insansevərliyi də ya axmaqlığın təkrarlatdırdığı bir şüardır, ya da qəhvəxana-meyxana riyakarlığıdır.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.