“Mənim tanrım gözəllikdir, sevgidir.”
Kitabı oxuyarkən ilk ağlıma gələn Hüseyn Cavidin bu sözləri oldu. Çünki Mihail insan olduqdan sonra öyrəndikləri insanda sevgi olması və insanın Tanrıyla, dolayısı ilə də bu sevgi ilə yaşaması idi. Və həqiqətən dərindən düşündüm ki, insan nə ilə yaşayar? və ya insan nə ilə yaşamalıdır? Təbii ki vicdan. Düşündüklərimiz, həyata keçirdiklərimiz ilə vicdanımız arasında bir uçuram yaranırsa, deməli, biz artıq səhv nöqtədə dayanmışıq. Həyata baxışımız, ali məqsədimiz, bir məna daşıyacaq işlər görməyimiz baxımından Tolstoyun bizə bu kitabla birlikdə qoyub getdiyi suallar çox vacibdir. Hər kəs bu suallara cavab tapmağa çalışmalıdır, ən azından vicdanıyla barışıq yaşaya bilməsi üçün:
“İnsanda ne var? İnsana ne verilmemiştir? İnsan neyle yaşar?”