Efes! İkiliklər şəhəri.
Artemida və Məryəm anaya ev sahibliyi edən şəhər. İnsan şəhər.
Artemida- eqoizim, təkəbbür, mənlik, özünü tanrılaşdırma. Nə qədər istəməsəkdə, özümüzə etiraf etməsəkdə hamımızın içində olan o özünü bəyənmişlik hissi. İnsanları qarşılıqsız sevməyimizə mane olan o şey. Birini seviriksə mütləqki bizidə sevməlidir, bacarırsa bizdəndə artıq, dediyimiz hər şey bəyənilməlidir, etdiyim zarafatlara gülünməlidir. İçimizdəki Artemida mütləqki sevilməli olduğumuzu deyir. Dünyanın bizim istək və arzularımızın ətrafında döndüyünü deyir.
Məryəm ana- ruhu saxlayan təvazökarlıq, sevgi kimi bildiyimiz yaxşı nə varsa. Hamının içində var bu hisslər. Sadəcə mənlik, eqo, bəyənilmək arzusu o qədər yüksəlibki bu hissləri ortaya çıxarmaq çətinləşir. Çətin gəlir inasanlara birini sırf insandı deyə sevmək, birini sırf Tanrı yaradıb deyə sevmək, sevgi görmədən sevgi göstərmək, yaxşılıq etmək yaxşılıq görmədən. İçimizdəki bu hissləri ortaya çıxartmaq çox çətin gəldiyi qədər asan bir şeydi əslində. Ölümlü insan olduğumuzu unutmasaq daha az qəlb qırıb, daha çox sevib sevilərik. Sevginin həmişə olduğundan danışır kitab sadəcə onu dadmaqçün sevginizi verəcək birini tapmalısınız.
Bir hekayə bundan artığı anladıla bilməzdi məncə. Serdar Özkan qələmini tanımadığım bir yazar idi. Yazdıqlarını, toxunduğu mövzuları çox bəyəndim. Məndən soruşsanız tövsüyyə edəcəyim ilk onluğa girər. Mütailə ilə qalın, sevin, sevilin. Sevilməsənizdə sevin.