Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Keçmişə Yaxın Yer

Rafiq Tağı

En Eski Keçmişə Yaxın Yer Gönderileri

En Eski Keçmişə Yaxın Yer kitaplarını, en eski Keçmişə Yaxın Yer sözleri ve alıntılarını, en eski Keçmişə Yaxın Yer yazarlarını, en eski Keçmişə Yaxın Yer yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Keçmişimin iri iri dalğaları gəlib buradakı boş günlerimi doldurur, geri qayıdanda məni də özüylə aparmaq istəyir.
271 syf.
9/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Rafiq Tağı 2006 -cı ildə yayımlanan " Avropa və biz" adlı yazısından sonra 3 il müddetində həbs edilmişdi. Yazıda İslamı ve onun daşıdığı dəyərləri Azerbaycan xalqının geridə qalmasına esas səbəb olaraq göstərirdi. İslam haqqında fikirlərinə göre yazıçı haqqında ölüm fitvası verilmişti ve 2011- ci ildə bıçaqlanaraq öldürüldü. Qatili hələ də tapılmayıb. Rafiq Tağını bu hadisələrə görə tanıyırdım, ancaq son dövrdə onun iki hekayə kitabı ilə tanış oldum. Gözlədiyimdən olduqca təsirli və yaxşı hekayələr oxudum. Hekayələri əsasən Sovet dövrünün sonlarına, müstəqilliyin ilk illərinə ve XX əsrin son illərinə aiddir. Ki bu dövrlər Azərbaycan xalqı üçün çətin, ağır ve bir o qədər də rəngli və maraqlı illər olmuşdur. Yazıçının bu illərdə baş verən hadisələri sadə insanın baxışı, düşüncəsi və yaşayışı ilə çatdırması xüsusi zövq verdi. Bir çoxumuzun valideynlərinin deə gənclik illərinə də təsadüf edən dövrdə insanların necə sevməsi, münasibətləri, həyata baxışı, düşüncəsini öyrənmək olduqca maraqlı idi. Rayondan Bakıya, Bakıdan Moskovaya və yaxud əksi istiqamətdə köçən, gələn insanların gözündən oradakı mühitin təsviri də mükəmmə idi. Bir sözlə oxuyarkən qarışıq hissləri birlikdə keçirdim. Fürsət düşsə mütləq oxuyun.
Keçmişə Yaxın Yer
Keçmişə Yaxın YerRafiq Tağı · Alatoran Yayınları · 20147 okunma
Reklam
"Göydə ulduz ulduzu çağırırdı" hekayəsindən
- Doğmağı haçan tərgidəcəksən? - bir gün kişi zarafatla soruşdu. - Sən haçan ölsən, onda! - Əcəb şirindil arvadım var. - Səndən öyrənmişəm!
Sayfa 12 - AlatoranKitabı okudu
"Günlü bağ" hekayəsindən
"Qəfləti ölüm lotereya kimi bəxtəbəxt şeydir".
Sayfa 21 - AlatoranKitabı okudu
"Günlü bağ" hekayəsindən
Adam ölən kimi hörmətə minir: onu söymürlər, danlamırlar, hətta başlayırlar sevməyə — unudulanacan.
Reklam
"İtdən yaxşı hürən" hekayəsindən
- ...Heç kəs bilmir ki, qatil kimisə öldürürsə, öz daxilində də vurub özünü öldürür, sonra da içində cəsəd olan tabut kimi gəzir.
Sayfa 45 - AlatoranKitabı okudu
"Keçmişə yaxın yer" hekayəsindən
İndiyəcən nə qədər məskən dəyişmişəmsə, hamısında da adamlarla ayrılığa sevinmişəm. Ayrıldıqca onları asanca da unudurdum.
Sayfa 49 - AlatoranKitabı okudu
"Keçmişə yaxın yer" hekayəsindən
Üzləri, bəzən adları yadda qalsa da, adam adamı axtarmırsa, demək, unudub.
28 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.