Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Keçmişə Yaxın Yer

Rafiq Tağı

Düşük Puanlı Keçmişə Yaxın Yer Yorumları ve İncelemeleri

Düşük Puanlı Keçmişə Yaxın Yer sözleri ve alıntılarını, düşük puanlı Keçmişə Yaxın Yer kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.210 üzerinden
4 Kişi · 2 İnceleme
271 syf.
9/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Rafiq Tağı 2006 -cı ildə yayımlanan " Avropa və biz" adlı yazısından sonra 3 il müddetində həbs edilmişdi. Yazıda İslamı ve onun daşıdığı dəyərləri Azerbaycan xalqının geridə qalmasına esas səbəb olaraq göstərirdi. İslam haqqında fikirlərinə göre yazıçı haqqında ölüm fitvası verilmişti ve 2011- ci ildə bıçaqlanaraq öldürüldü. Qatili hələ də tapılmayıb. Rafiq Tağını bu hadisələrə görə tanıyırdım, ancaq son dövrdə onun iki hekayə kitabı ilə tanış oldum. Gözlədiyimdən olduqca təsirli və yaxşı hekayələr oxudum. Hekayələri əsasən Sovet dövrünün sonlarına, müstəqilliyin ilk illərinə ve XX əsrin son illərinə aiddir. Ki bu dövrlər Azərbaycan xalqı üçün çətin, ağır ve bir o qədər də rəngli və maraqlı illər olmuşdur. Yazıçının bu illərdə baş verən hadisələri sadə insanın baxışı, düşüncəsi və yaşayışı ilə çatdırması xüsusi zövq verdi. Bir çoxumuzun valideynlərinin deə gənclik illərinə də təsadüf edən dövrdə insanların necə sevməsi, münasibətləri, həyata baxışı, düşüncəsini öyrənmək olduqca maraqlı idi. Rayondan Bakıya, Bakıdan Moskovaya və yaxud əksi istiqamətdə köçən, gələn insanların gözündən oradakı mühitin təsviri də mükəmmə idi. Bir sözlə oxuyarkən qarışıq hissləri birlikdə keçirdim. Fürsət düşsə mütləq oxuyun.
Keçmişə Yaxın Yer
Keçmişə Yaxın YerRafiq Tağı · Alatoran Yayınları · 20147 okunma