Əli və Nino

Kurban Said

Düşük Puanlı Əli və Nino Yorumları ve İncelemeleri

Düşük Puanlı Əli və Nino sözleri ve alıntılarını, düşük puanlı Əli və Nino kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.810 üzerinden
743 Kişi · 173 İnceleme
350 syf.
9/10 puan verdi
·
Beğendi
İlk başda başdan sona bir sevgi hekayəsi oxuyacağımı zənn etsəm də oxuyarkən belə olmadığını anladığım bir kitab oldu bu kitab. Amma bu kitab təkcə onların bir-birlərinə olan sevgisini deyil, eyni zamanda vətənlərinə olan sevgisini də ön plana çıxarır. Əli və Ninonun ta məktəb illərindən başlayan sevgiləri, yaşadıqları ölkələrin savaşları, ayrı-ayrı mədəniyyətləri, baxış bucaqları çox gözəl qələmə alınıb kitabda. Qurban Səidin axıcı qələmi isə kitabı daha da oxunaqlı edib.
Əli və Nino
Əli və Nino
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 02,485 okunma
350 syf.
10/10 puan verdi
·
Beğendi
"Sabahı düşünən adam heç vaxt qəhrəman ola bilməz." "Gözlərini,qulaqlarını bağla və ruhunu aç!" Bu kitaba başlayanda elə bilirdim ki sadəcə sevgi romanıdır.Ona görə bu kitabı oxumağa təəssüf ki gecikdim.Amma ön planda Əli və Ninonun bir-birinə qarşı olan sevginin olmasına baxmayaraq,onların vətənlərinə olan sevgisini də gözdən qaçırmaq olmur.Əli və Ninonun məktəb yaşlarından başlayan sevgisini,ölkələr arasında olan savaşı,mədəniyyətlər arasındakı fərqi və başqa baxış bucaqlarını əhatə edən möhtəşəm bir kitabdır ! Kitab təhlili edərkən kitabda baş verən hadisələrdən danışmağı sevmirəm,çünki daha çox onun məndə yaratdığı təəssüratla sizdə maraq oyatmağa çalışıram və deyə bilərəm ki bu mükəmməl əsəri oxumamısınızsa,mütləq əldə edin. Qurban Səidin qələmi o qədər axıcıdır ki,insan kitabı əlindən qoymaq istəmir,qısa müddətdə oxuyub bitirir.Hər kəsə tövsiyəmdir
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 02,485 okunma
Reklam
350 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
"Əli və Nino" XX əsr Azərbaycanının mənzərəsini əks etdirən bir əsərdir. Əli xan azərbaycanlı, Şərq dəyərlərinin daşıyıcısı, Nino isə gürcü, Qərb dəyərlərinin daşıyıcısıdır. Onlar fərqli mədəniyyətlərə sahib olsalar da, sevgilərinə sadiq qalırlar. Əsər iki gəncin məhəbbəti fonunda dövrün ictimai-siyasi proseslərini, fərqli mədəniyyətləri göstərən mükəmməl bir sənət əsəridir Biz əsərdə dövrün cahil mollalarının ümumiləşməsi ilə də qarşılaşırıq. Seyyid Mustafa qadınları ağıldan və ruhdan məhrum hesab edən, onların azadlıqlarını məhdudlaşdıran və onları kölə kimi görənlərin tipik obrazıdır. Naxararyan isə xəyanətkar, satqın ermənilərin tipikləşməsidir Əli və Nino birgə Gürcüstana səfər edirlər, bir müddət Dağıstanda, bir müddət də İranda yaşamalı olurlar. Bizsə burada həmin ölkələrin mədəniyyətlərinin qarşılaşdırılmasının şahidi oluruq. Eyni zamanda əsərdə AXC-nin qurulması və süqutunu da görürük Kitab möhtəşəmdi və hər kəsin oxumalı olduğu bir əsərdi
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 02,485 okunma
350 syf.
10/10 puan verdi
·
Beğendi
Qurban Səid
Əli və Nino Kitabı bir neçə ay bundan əvvəl oxumuşdum, filmə baxmağa indi vaxt tapdım. Onsuz da heç vaxt kitabla kino yüzdə yüz düz gəlmir. Kitabdakı bəzi dialoqları filmdən çıxarıblar. Ümumiyyətlə film sanki kitabın montajlanmış halı idi. Tələbəlik illəri ümumiyyətlə yox idi. Bəzi ardıcıllığı da ümumiyyətlə düzgün verməmişdilər. Əgər sadaladıqlarım olmasaydı və yaxud bu film hansısa bir əsərdən götürülmüş olmasaydı daha maraqlı olardı. Saydıqlarıma baxmayaraq kino baxılmayacaq bir kino deyil. Azərbaycanca tapmadım ona görə türk dublajıyla baxdım. Pis dublaj eləməmişdilər. 8/10
Əli və Nino
Əli və Nino
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 02,485 okunma
216 syf.
5/10 puan verdi
·
12 günde okudu
Kitabın arka ve ön kapağında bahsedildiği gibi bir aşk hikayesi göremedim. Kitabın ortalarına kadar nerede bu aşk hikayesi diye sormaya başladım. Daha çok kültürler arası fark ve dinler tarihi okur gibisiniz. Romanda ilerleyeceğinizi sanırken sürekli o iki kültürün tarihine, kıssadan hisse çıkaracağınız birçok hikayeye girip geri çıkıyorsunuz. Bu da konuya odaklanmanızı engelliyor. Kızın çoğu yerde şımarıkça daha doğrusu çocukça davrandığını düşünüyorum. Hikaye beni çok etkilemedi. Okumazsanız hiç bir şey kaçırmazsınız.
Ali ve Nino
Ali ve NinoKurban Said · Elhamra Yayınları · 20182,485 okunma
Reklam
84 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.