Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Madam Bovari

Gustave Flaubert

Sözler ve Alıntılar

Tümünü Gör
𝑁𝑒𝑦𝑠𝑒, 𝑔𝑢̈𝑛𝑙𝑒𝑟 𝑏𝑖𝑟𝑏𝑖𝑟𝑖𝑛𝑖 𝑘𝑜𝑣𝑎𝑙𝑎𝑑ı,𝑏𝑎𝒉𝑎𝑟 𝑔𝑖𝑡𝑡𝑖 𝑘ı𝑠̧ 𝑔𝑒𝑙𝑑𝑖; 𝑔𝑢̈𝑧 𝑔𝑖𝑡𝑡𝑖 𝑦𝑎𝑧 𝑔𝑒𝑙𝑑𝑖. 𝐷𝑒𝑟𝑘𝑒𝑛 𝑝𝑎𝑟𝑐̧𝑎 𝑝𝑎𝑟𝑐̧𝑎,𝑙𝑜𝑘𝑚𝑎 𝑙𝑜𝑘𝑚𝑎 𝑏𝑢 𝑎𝑐ı 𝑑𝑎 𝑎𝑘ı𝑝 𝑔𝑖𝑡𝑡𝑖. 𝐺𝑖𝑡𝑡𝑖 𝑑𝑒𝑑𝑖𝑚𝑠𝑒 𝑙𝑎𝑓ı𝑛 𝑔𝑒𝑙𝑖𝑠̧𝑖,𝑦𝑜𝑘𝑠𝑎 𝑖𝑛𝑠𝑎𝑛ı𝑛 𝑖𝑐̧𝑖𝑛𝑑𝑒 𝑛𝑒 𝑑𝑒 𝑜𝑙𝑠𝑎 𝑏𝑖𝑟 𝑠̧𝑒𝑦𝑙𝑒𝑟 𝑘𝑎𝑙ı𝑟..
Sevgi?
Emma isə hətta Leonu sevib-sevmədiyini belə düşünmürdü. O, məhəbbətin mütləq həyat üzərinə çarpan, onu alt-üst edən, iradəni xəzəl kimi silib süpürən, qəlbi girdab sürükləyən ilahi bir qasırğa kimi ani olaraq göz qamaşdınan şəfəqlər içində parlayaraq gələcəyini düşünürdü. Emm bilmirdi ki, terrasda taxta novular tıxandıqda yağış sula gölməçə halına gəlir və divarda qəflətən bir yarığa rast gəlmədikdə bu gölməçə hərəkətsiz qalacaqdı.
Reklam
mənim dinim var, amma bu, özünəməxsus bir dindir, bəlkə də mən bu riyakarlardan və hoqqabazlardan daha mömin bəndəyəm! Əksinə, mən Tanrını sevirəm! Man Ali Varlığa, nə bilim, Yaradana, adın əhəmiyyəti yoxdur, vətən və ailə qarşısındakı borcumuzu yerinə yetirmək üçün bizi bu dünyaya göndərənə inanıram; amma kilsəyə getməyə, gümüş qab-qacağı öpməyə və bizdən daha firavan yaşayan fırıldaqçılar sürüsünü öz pulumla dolandırmağa ehtiyac görmürəm! Çünki Tanrıya meşədə də, tarlada da, hətta qədim insanlar kimi göy qübbəsini seyr edərək də dua etmək olar.
Sayfa 100
– Hərgah gəzinti onun üçün məsləhətlidir, amma o, otağına çəkilib kitab oxumağa üstünlük verir. – Mənim kimi, – Leon dedi, – həqiqətən də, axşamları kitabla buxarın yanında əyləşməkdən gözəl nə ola bilər? Külək pəncərələrə döyür, otaqda lampa yanır…
Sayfa 107Kitabı okudu
Ehtiras?
-Ah,,yox ! Ehtirasa qarşı nə üçün üsyan etməli! Ehtiras dünyada yeganə, gözəl bir şey deyilmi? O, qǝhrəmanlıq, ruh yüksəkliyi, şeiriyyət, musiqi, sənət, bir sözlə, hər bir şeyin mənbəyi deyilmi?
Bəlkə də qəlbindəkiləri kiminləsə paylaşmağa ehtiyacı vardı. Amma heç kəsin başa düşməyəcəyi, qara buludlar kimi görünüşünü dəyişən, iti küləklər kimi cövlan edən nigaranlığını kimə və necə izah edəsən? Sözlər ona azlıq edirdi, əlində fürsət, özündə cəsarət olmurdu.
Sayfa 56
Reklam
Bəs sizə elə gəlmir ki, ruhumuz ucsuz-bucaqsız fəzada daha azad dolaşır, bu fəzaya tamaşa etdikcə insanın qəlbi ucalır və insanı əbədiyyət, ideal haqqında düşüncələrə sövq edir?
Sayfa 105 - Qanun NəşriyyatıKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.