Bütün əsəblərinizin yerindən oynamağını istəyirsinizsə, mütləq oxuyun. Əsər boyunca bilmədim Emmaya əsəbləşim yoxsa Şarla. Bu qədər düşüncesizlik, bu qədər eqoistlik, bu qədər kor olmaq mı olar? Bütün əsər boyu Emmanın bəlkə nə vaxtsa ağlı başına gələr, peşman olar, bir övladı olduğu yadına düşər deyə ümid etsem de, təəssüf ki, ümidlərim puç oldu.