Hak Elçisi Seyit Nesimi

Mahşer

İsa Muğanna

En Eski Mahşer Gönderileri

En Eski Mahşer kitaplarını, en eski Mahşer sözleri ve alıntılarını, en eski Mahşer yazarlarını, en eski Mahşer yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
328 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Romanda əsrin iki başlıca qüvvəsi qarşı qarşıya qoyulmuşdur. Bir tərəfdə hürufiliyi, digər tərəfdə isə Səmərqənd amirliyinin qəsbkarlığını görürük. Məhşər romanında görürük ki, İsa Hüseynov sakit, soyuqqanlı yaza bilməmişdir, beləliklə deyə bilərik ki, passiv müşahidəçi pozası yazıçının qələmi ilə uyuşmur. Yazıçı öz qənaitini təkidlə oxucuya çatdırmağa çalışır, rəğbətini, nifrətini gizlətmir. Buna görə də əsərdə durğun təsvirlər nəzərə çarpmır. Məhşərdə müəllifin nitqi aparıcı yer tutur. Akif Hüseynli bu romanı "roman-tədqiqat" adlandırmaq olacağını qeyd edir, çünki müəllif özü qəhrəmanla birliktə düşünür, dövrü təhlil edir, müxtəlif mənbələrdən məlumatlar tutuşdurur. Həmçinin, Akif Hüseynliyə görə deyə bilərik ki, əsərdə sənətkar təxəyyülü ilə tarixçi təfəkkürü toqquşur. Digər tarixi əsərlərdən fərq bundadır ki, bədii tarixi araşdırmalar burada əyani ifadəsini tapmışdır. Akif Hüseynli qeyd edirki tarixi romanda digər əsərlərindən fərqli olaraq bədii təfəkkür mətnin üzərinə çıxarılmışdır. Romanın əsas qayəsi hürufilik təlimini, hərəkatını ucaltmaqdı. Tənqidçi əsərdə fikri qavrayış hissinin qavrayışı üstələdiyi, məntiqi əsaslanmanın lirik boyalara əsaslanmanı kölgədə qoyduğunu qeyd edir. Rasional dramatizm emosional gərginlikdən qüvvətli çıxmışdır. Xülasə, yazıçı canlılığa, ifadəliliyə az nail olmuşdur. Əsərdə sürətlərin etiqadlarının şərhinə,ictimai qayğılara az yer ayrılmışdır. Tənqidçi bunu bilərəkdən edildiyini, əsas diqqəti mətləbə cəmləmək istənilmişdir.
Məhşər
Məhşərİsa Muğanna · Hədəf Nəşrləri · 201361 okunma
İsa Muğanna - Məhşər
Nəsimiyə “aciz” demək onu öldürmək kimi bir şey idi. Fatmanın ardınca bır addım da ata bilməyib, indicə onun çırpıldığı divara söykənib, bir müddət taqətsiz qaldı. Sonra bir zaman Bakıda, iqamətgahda təcrid xəbərini eşidəndə olduğu kimi, başından yapışıb kimsəsizlikdə divanətək vurnuxmağa başladı...
Reklam
Xəyanət bəni insanın mayasındadır!
İnsan özü xaliqdir, amma cəhalət əsirliyində, özündən bixəbərdir.
Yalan qurbanısınız, ey bədbəxtlər!
Sayfa 73 - NəsimiKitabı okudu
Nəsimi vüsal bətnində ayrılıq görürdü, sevinc içində kədər.
Sayfa 78 - FatmaKitabı okudu
Reklam
42 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.