"Xan" Xatirə Ədəbiyyatı 45. Kitab

"Martiroloq" və Tarkovski Haqqında

Kolektif

Sayfa Sayısına Göre "Martiroloq" və Tarkovski Haqqında Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre "Martiroloq" və Tarkovski Haqqında sözleri ve alıntılarını, sayfa sayısına göre "Martiroloq" və Tarkovski Haqqında kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
“Əsl incəsənət onları qorxudur. Bu da, əlbəttə ki, təbiidir; şübhə doğurmayan incəsənət onların əleyhinədir. Görünür, o humanistdir, onların təyinatı isə bütün canlı olanları, humanizmin istənilən təzahürlərini məhv etməkdir, sanki insanın azadlığa cəhd etməsi və ya bizim solğun axında qərar tutması incəsənətin əlamətləridir. Onlar özfəaliyyətin bütün cəhdlərini diri-diri basdırmayınca, şəxsiyyəti ev heyvanına döndərməyincə sakitləşən deyillər.”
Sayfa 5 - Xan NəşriyyatıKitabı okudu
“Bu dünyada yaşamaq necə də çətindir!”
Sayfa 6 - Xan NəşriyyatıKitabı okudu
Reklam
“Ən bədbin fikirlərdən biri: sən heç kimə lazım deyilsən, öz mədəniyyətinə tamamilə yadsan, onun üçün heç nə eləməmisən, sən heç nəsən… Mən yoxam, boşluqdan ibarətəm… Heç kimə lazım olmamaq ağır dərddir. Beləliklə də, boşluqda bir məna görmürsən.”
Sayfa 7 - Xan NəşriyyatıKitabı okudu
“Biz necə də yanlış yaşayırıq! İnsan heç də cəmiyyətə ehtiyac duymur, əksinə, cəmiyyət insana möhtacdır… İnsan heyvan sürülərindən fərqli olaraq tək yaşamalıdır - təbiət arasında - heyvan və bitkilərlə vəhdətdə.”
Sayfa 9 - Xan NəşriyyatıKitabı okudu
“Həyata təzdən başlamalıyıq. Bunun üçün nə lazımdır? Hər şeydən qabaq özünü azad və müstəqil hiss etmək. İnanmaq, sevmək. Bu lənətəgəlmiş dünyanı buraxıb, başqası naminə yaşamaq. Bəs harda?”
Sayfa 9 - Xan NəşriyyatıKitabı okudu
“İnsanı - ananı, qadını, uşaqlarının anasını, kişini - həqiqətən sevmək üçün gərək bütöv şəxsiyyət, daha doğrusu, Dahi olasan… Sevgi həqiqətdir! Riyakarlıqla həqiqət birləşə bilməz.”
Sayfa 13 - Xan NəşriyyatıKitabı okudu
Reklam