Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məni Heç Vaxt Tərk Etmə

Kazuo Ishiguro

En Yeni Məni Heç Vaxt Tərk Etmə Sözleri ve Alıntıları

En Yeni Məni Heç Vaxt Tərk Etmə sözleri ve alıntılarını, en yeni Məni Heç Vaxt Tərk Etmə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Bir neçə gün əvvəl xatirələrin, hətta ən dəyərlilərin belə sürətlə solub getdiyindən şikayətlənən donorlarımdan biri ilə danışırdım. Onunla razılaşmadım. Mənim qiymət verdiyim xatirələr heç solana oxşamırdı. Mən Rutu, sonra Tommini itirmişdim, amma onların xatirələrini itirməmişdim.
Hətta tənhalığı belə kifayət qədər sevəcək dərəcədə böyümüşdüm.
Reklam
Bunlara qarşı dözümlü olduğumu iddia etmirəm, lakin mən belə yaşamağı öyrəndim.
Niyə sizin işlərinizi aparırdıq? Niyə bunu edirdik? Sən bayaq Mari-Klaudiya ilə söhbət edəndə maraqlı bir şey dedin, Tommi. Dedin ki, əsərləriniz sizin iç dünyanızı üzə çıxarır. Daxilən kim olduğunuzu aydınlaşırdır. Deyəsən, belə dedin, elə deyil? Sən düz fikirdəsən. Biz əsərlərinizi sizin ruhunuzu aşkara çıxarmaq üçün toplayırdıq. Ya da daha dəqiq desək, bunu, ümumiyyətlə, ruhunuzun olduğunu sübuta yetirmək üçün edirdik.
Sayfa 313Kitabı okudu
Reklam
- Niyə o bilər? - Rut dedi. - Krissinin nə hiss etdiyini o necə bilə bilər? Onun nə istədiyini haradan bilsin? Masada uzanıb həyatdan yapışmağa çalışan o deyildi axı. O, necə bilə bilər?
Sayfa 272Kitabı okudu
Birdən anladım ki, indiyədək bəzi şeylər üçün çox vaxtım olduğunu düşünsəm də, onları ya tez həyata keçirməliyəm, ya da başını həmişəlik buraxmalıyam.
Sayfa 257Kitabı okudu
Gündüz aramızda nə baş versə də, yatmaq vaxtı gələndə Rutla döşəyimin üstündə yan-yana əyləşir, isti içkilərimizdən qurtumlayır və yeni həyatımız haqqında ən dərin hisslərimizi bir-birimizə açırdıq, sanki gündüz aramızda olan mübahisəni unudurduq. Bu səmimi söhbətləri mümkün edən, - hətta dostluğumuzu davam etdirməyə kömək olan, - yeganə şey həmin anlarda danışdığımız hər şeyin hörmətlə qarşılanacağını bilməyimiz idi: biz bu etiraflara hörmət edirdik və bilirdik ki nə qədər dalaşsaq da, həmin söhbətlər ərzində dediklərimizdən bir-birimizə qarşı istifadə etməyəcəyik.
Sayfa 154Kitabı okudu
Bunun sənə bir faydası olmayacaq. Amma bunu yadda saxla. Heylşemdə bir nəfər hər şeyin fərqli olduğuna inanır. Bir nəfər sənin çox yaxşı şagird olduğuna, indiyədək qarşılaşdığı ən yaxşı şagird olduğuna inanır və sənin nə dərəcədə yaradıcı olduğunu vecinə almır.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.