Gönderi

Gündüz aramızda nə baş versə də, yatmaq vaxtı gələndə Rutla döşəyimin üstündə yan-yana əyləşir, isti içkilərimizdən qurtumlayır və yeni həyatımız haqqında ən dərin hisslərimizi bir-birimizə açırdıq, sanki gündüz aramızda olan mübahisəni unudurduq. Bu səmimi söhbətləri mümkün edən, - hətta dostluğumuzu davam etdirməyə kömək olan, - yeganə şey həmin anlarda danışdığımız hər şeyin hörmətlə qarşılanacağını bilməyimiz idi: biz bu etiraflara hörmət edirdik və bilirdik ki nə qədər dalaşsaq da, həmin söhbətlər ərzində dediklərimizdən bir-birimizə qarşı istifadə etməyəcəyik.
Sayfa 154Kitabı okudu
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.