Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məni Heç Vaxt Tərk Etmə

Kazuo Ishiguro

Məni Heç Vaxt Tərk Etmə Sözleri ve Alıntıları

Məni Heç Vaxt Tərk Etmə sözleri ve alıntılarını, Məni Heç Vaxt Tərk Etmə kitap alıntılarını, Məni Heç Vaxt Tərk Etmə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Təbii ki, seçmək imkanın olan kimi özünə bənzərləri seçəcəksən.
Sayfa 9 - Teas PressKitabı okudu
Təbii ki, seçmək imkanın olan kimi özünə bənzərləri seçəcəksən.
Reklam
Bunun sənə bir faydası olmayacaq. Amma bunu yadda saxla. Heylşemdə bir nəfər hər şeyin fərqli olduğuna inanır. Bir nəfər sənin çox yaxşı şagird olduğuna, indiyədək qarşılaşdığı ən yaxşı şagird olduğuna inanır və sənin nə dərəcədə yaradıcı olduğunu vecinə almır.
Mən daima suyu çox sürətli axan bir çay təsəvvür edirəm. Suda bir-birindən tutmağa çalışan, bacardıqları qədər möhkəm yapışan iki adamı düşünürəm. Lakin axırda dözmürlər. Axın çox güclüdür. Onlar bir-birini buraxıb ayrılmalı olurlar. Bizim də belə olduğumuzu düşünürəm. Heyif, Keti, çünki biz ömrü boyu bir-birimizi sevmişik. Lakin həmişəlik bir yerdə qala bilmərik.
Sayfa 341Kitabı okudu
Madam kimi çox adamlar var ki, sənə nə nifrət edir, nə də zərər vermək istəyir. Sadəcə sənin barəndə, dünyaya necə və niyə gəldiyin barədə düşündükdə belə əsir, əlinin ona toxuna biləcəyi entimalından qorxuya düşür. Sən ilk dəfə özünə bu cür düşünən adamın gözü ilə baxırsan. Bu, çox qəddar andır. Sanki ömrün boyu hər gün yanından ötdüyün güzgü sənə qəfildən başqa şey, əzab verən qəribə bir şey göstərir.
.., hamımızın qorxuları və arzuları ilə baş-başa qala biləcəyi heçdən yaradılmış kiçik özəl guşələri olmalı idi.
Reklam
Yanından ötüb keçəndə, - dedim, - nəyisə tənqid etmək çox asandır.
Sayfa 275 - Teas Press NəşriyyatıKitabı okudu
Birdən anladım ki, indiyədək bəzi şeylər üçün çox vaxtım olduğunu düşünsəm də, onları ya tez həyata keçirməliyəm, ya da başını həmişəlik buraxmalıyam.
Sayfa 257Kitabı okudu
Bəlkə Heylşemdə hamının belə kiçik sirləri var idi, hamımızın qorxuları və arzuları ilə baş-başa qala biləcəyi heçdən yaradılmış kiçik özəl guşələri olmalı idi. Ancaq belə şeylər hiss etməyi səhv hesab edərdik, sanki bununla özümüzü daha çox məyus edə bilərdik.
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.