Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

"Xan" Xatirə Ədəbiyyatı 6. Kitab

Müşfiqli Günlər

Dilbər Axundzadə

Müşfiqli Günlər Sözleri ve Alıntıları

Müşfiqli Günlər sözleri ve alıntılarını, Müşfiqli Günlər kitap alıntılarını, Müşfiqli Günlər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mən sənin gözlərinin məftunu, Yeni əsrin, yeni bir Məcnunu.
“ Doğrudan da, şair qəlbi qeyri-adi qəlb imiş, dedim. “
Xan nəşriyyatıKitabı okudu
Reklam
Müşfiqlə tanış olandan bəri mən,təbiəti daha çox sevməyə başlamışdım. O,mənə təbiətdə bu vaxtacan duyub görmədiyim gözəllikləri duymağı öyrətmişdi. Axı,o özü də təbiətin,işığın,günəşin, bu cəh-cəhli gülüstanın bir parçası idi...
Bütün xeyirxah işlərin başlanğıcı hörmət və məhəbbətdən yaranır. Ona görə də sən həmişə insanlara olan məhəbbətini sönməyə qoyma. O bir günəş kimi həmişə sənin qəlbində yansa, onun şəfəqləri maqnit kimi ətrafdakıları özünə çəkəcək. Hamını sənə tanış, dost edəcəkdir.
Zilin var, vəsətin, bəmin var; Sənin də quşların dəmindən ayrılan Bir özgə dəmin var. Səni də avara eyləmiş Dağınıq telli bir " zərəfşan ". Onunçun segahın danışır Pərişan, pərişan...
Dеyirsən yanında qalacağam mən, Çoх gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən əziz canımı Qumral gözlərinlə al, sənə qurban.
Reklam
İşıqlar qoynunda üzən Bakı güzgü önündə dayanıb camalına tamaşa edən gözələ bənzəyirdi.
Ortaboylu, enlikürək, qaragöz, qaraqaş, iti baxışlı bir gənc, yoldaşlarından ayrılıb bizə tərəf gəlirdi. Əynində səliqə ilə tikilmiş təzə qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı.
Şairlik, doğurdan da, gözəl sənətdir! Yaxşı şeir insan qəlbini nəinki sevindirir, hisslərə təravət gətirir, eyni zamanda insanı parlaq məqsədlər, xoş arzular dalınca qanadlandırır.
Dağ çayı olub hər yağış-yağmurdan o dəqiqə çoşub daşma! Dərya olmağa çalış ki, hər şeyi sinirə biləsən.
721 öğeden 461 ile 470 arasındakiler gösteriliyor.