Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

"Xan" Xatirə Ədəbiyyatı 6. Kitab

Müşfiqli Günlər

Dilbər Axundzadə

Müşfiqli Günlər Sözleri ve Alıntıları

Müşfiqli Günlər sözleri ve alıntılarını, Müşfiqli Günlər kitap alıntılarını, Müşfiqli Günlər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? - Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!
– Hər şey incəliyindən sınsa da, insan qalınlığından sınar.
Sayfa 47 - Xan NəşriyyatıKitabı okudu
Reklam
Bəziləri deyir ki, sevgi ilə birlikdə insanın ürəyinə qısqanclıq da dolur. Biz bir-birimizə inanmalı, boş yerə küsməməli, qısqanclıqdan uzaq olmalıyıq.
Günlər ötüb keçəcək, ancaq hərə bu dünyada özündən sonra bir iz qoyub gedəcək.
– Dilbər, sənsiz mən cənnətdə olsam darıxacağam. Səninlə zindanda olsam, oranı cənnət bilərəm.
Sayfa 48 - Xan NəşriyyatıKitabı okudu
Bu bir damla gözyaşının hekayəti bir sevgi dastanının sonluğuna çevrildi
Reklam
Müşfiqin ürəyi yarpaqdan incə, Titrəyir bir хəfif rüzgar əsincə, Məşuqun ayağı haraya dəysə, Orası aşiqə vətən kimidir.
Sayfa 30 - Xan NəşriyyatıKitabı okudu
Hər şey incəliyindən sınsa da, insan qalınlığından sınar.
28.11
Sevgilim, həyata məhəbbətlə bax! Bu sulu, torpaqlı dünya gözəldir. Yer gözəl, göy gözəl, təbiət gözəl, Asiman gözəldir, dərya gözəldir. Fəqət sənin eşqin, mənim xəyalım— Bunların hamısından daha gözəldir.
Müşfiqin ürəyi yarpaqdan incə, Titrəyir bir xəfif rüzgar əsincə. Məşuqun ayağı haraya dəysə, — Orası aşiqə vətən kimidir.
Reklam
Dostu bərkdə-boşda yoxladıqdan sonra onunla ünsiyyətə girmək lazımdır. Çünki həyatda bəzən insan ağır çətinliklərə rast gəlir, sadiq, vəfalı dost isə bu vaxt adama yaxşı arxa ola bilir və çəkdiyi əzabları yüngülləşdirir".
Sayfa 132 - Hüseyn CavidKitabı okudu
—Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? —Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
Nə arzu eyləsən könlümdə vardır, Eşqimin səhəri bir ilk bahardır. Ona könül verən nə bəxtiyardır, Fikrim, hissim tazə gülşən kimidir.
«Küsmərəm»
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! Gözlərin misaldır axan çaylardan, Kirpiyin oxlardan, qaşın yaylardan. Qarşımıza gələn uzun aylardan, İllərdən küsərəm, səndən küsmərəm! El içində bizə derlər Sayadlı, Tərlan ovçusuyam, ruhum qanadlı. İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm!
692 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.