Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

"Xan" Xatirə Ədəbiyyatı 6. Kitab

Müşfiqli Günlər

Dilbər Axundzadə

Müşfiqli Günlər Hakkında

Müşfiqli Günlər konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

“XAN” Xatirə Ədəbiyyatı silsiləsindən VI kitab. Bu kitabda toplanmış xatirələr ölməz şairimiz Mikayıl Müşfiqin ömür gün sirdaşı, şəxsiyyətə pərəstış illərində başı müsibətlər çəkmiş Dilbər Axundzadənin şairlə bağlı qələmə aldığı könül çırpıntılarıdır. Xatirələr həmin dövrün acılarını duymaq və şairin yaradıcılığını öyrənmək baxımından daim öz aktuallığını saxlamaqdadır.
Tahmini Okuma Süresi: 4 sa. 56 dk.Sayfa Sayısı: 174Basım Tarihi: 2019Yayınevi: Xan Nəşriyyatı
ISBN: 9789952405026Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 85.8
Erkek% 14.2
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Dilbər Axundzadə
Dilbər AxundzadəYazar · 1 kitap
İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq. 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir. Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.