Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Necə ölməməli?!

Michael Greger
10/10
2 Kişi
5
Okunma
3
Beğeni
153
Görüntülenme
“Necə ölməməli?!” kitabı xəstəliklərin səbəb olduğu ölüm riskinin qarşısını təkcə pəhrizin köməyi ilə almağın və ya bu riski azaltmağın elmi-innovativ dəlillərini təqdim edir. Məsələ burasındadır ki, həkimlərin çoxu xəstəliklərin kəskin formalarını yaxşı müalicə edir, xroniki xəstəliklər barədə xəbərdarlıq etməyi isə o qədər də yaxşı bacarmırlar. Erkən ölümlərin ürək-damar xəstəlikləri, xərçəng, diabet, Parkinson xəstəliyi, yüksək qan təzyiqi və digərləri kimi 15 əsas səbəbi hər il 1,6 milyon amerikalının həyatını itirməsinə gətirib çıxarır. Doktor Qregerin ciddi elmi dəlillərə əsaslanan məsləhətlərinə əməl etməklə siz bu xəstəliklərin qarşısını almağa və ya onları müalicə etməyə, habelə daha çox yaşamağa kömək edən hansı qidaları yemək və həyat tərzini necə dəyişmək lazım olduğunu öyrənəcəksiniz. Sizin ailənizdə prostat xərçəngi xəstəsi varmı? Bir stəkan südə kətan toxumları əlavə edin, vəssalam... Sizdə yüksək qan təzyiqi var? Hibiskus (məkkəgülü) dəmləməsi təzyiqi salan istənilən dərmandan dəfələrlə faydalıdır... Qaraciyər problemindən əziyyət çəkirsiniz? Qəhvə kömək edər... Süd vəzisi xərçəngi ilə mübarizə aparırsınız? Soya bitkisi ömrünüzü uzadar... Sizi ürəyinizdəki problemlər narahat edir? Bitki mənşəli qidalara keçin... Ölümə gətirib çıxaran 15 səbəbin qarşısını almaq üçün nələri yemək lazımdır? Doktor Qregerin bu suala cavab verən gündəlik qidalanma rasionu da kitaba daxil edilib. Bu qaydalara əməl etməklə uzun və sağlam yaşamaq olar.
Yazar:
Michael Greger
Michael Greger
Yazar:
Gene Stone
Gene Stone
Tahmini Okuma Süresi: 15 sa. 52 dk.Sayfa Sayısı: 560Yayınevi: Teas Press
ISBN: 9789952540239Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.