İmran Əliyev - “Nemesis”
Baş obraz Yason – qəliz və dərin mövzular yazan, həddindən artıq fikirlər arasında qalan, durmadan öz-özünə ritorik suallar verən bir yazıçıdır. Gah bu fikirdə, gah da o fikirdə, yəni daim tərəddüd içindədir. Yazdıqları arasında isə “Tanrı olsa nə edərdi, nə yaradardı?” kimi düşüncələri kitaba ayrı bir maraq qatır.
Kitab ümumilikdə axıcıdır və məncə bunun əsas səbəbi də içindəki suallardır. Bu maraqlı, qəliz və dərin suallar oxucunu düşünməyə vadar, kitabı isə daha cəlbedici edir. Elm, Tanrı və yaratdıqları, yaradılış, insan və təfəkkürü, tarix kimi mövzularla bağlı suallar kitabın axıcılığını artırır və oxuduqca davam etmək istəyirsən.
Kitabda yazılan fikirlərin çoxu ilə razı idim, bəzi sualları mən də öz-özümə vermişəm. Amma elə suallar da var ki, cavabını düşündükcə yeni suallar ortaya çıxır. Ona görə bəzən çox da dərinə getməmək daha yaxşıdır deyə düşünürəm. Kitabda da deyildiyi kimi, “anlamaq bir xəstəlikdir” - yəni hər şeyi anlamağa çalışmaq lazım deyil. Çünki bəzi cavabların arxasınca çox getmək insanı psixoloji olaraq yorar, məncə.
Yazıçının düşüncələrini – kitabdakı fikirləri bəyəndim. Amma sujet xətti mənə çatmadı, hadisələr arasında əlaqəni qura bilmədim, bəzi səhnələri gözümün önündə canlandıra bilmədim, bir sözlə nə baş verdiyini tam anlamadım. Və bu problemin daha çox məndən qaynaqlandığını düşünürəm. Çünki oxuyanların əksəriyyəti bu kitabı bəyənib, hətta mən də oxumazdan əvvəl böyük maraq göstərmişdim. Lakin gözlədiyim kimi olmadı.
Kitabın təxminən 70-ci səhifəsinə qədər ümumiyyətlə çox şeyi anlamadım. Fəlsəfi tərəfi, verilən ritorik suallar maraqlı idi və onları bəyənirdim, amma hekayə baxımından qopmalar yaşayırdım. Hadisələrin məğzini tuta bilmirdim. 70-ci səhifədən sonra bir az maraq artdı, kitab sanki daha cəlbedici