Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Neredesin

Marc Levy

Neredesin Yorumları ve İncelemeleri

Neredesin yorumları ve incelemelerini, Neredesin kitabı hakkındaki okur görüşlerini , Neredesin puanlarını 1000Kitap'ta bulabilirsiniz.
240 syf.
9/10 puan verdi
Uzun müddət idiki oxumağı düşündüyüm Mark Levinin Hardasan? Kitabından bəhs edəcəyəm Uşaqliqdan bərabər böyümüş, bir-birini ömürlük sevməyə söz vermiş iki gəncimiz Suzan və Filipi tale tezliklə ayırır.Suzan güclü qasirğalarin baş veridiyi Mərkəzi Amerikaya yola düşür.Gənclərimiz yalniz məktub vasitəsilə əlaqə saxlayir. Filip Suzana basina bir iş gələcəyi təqdirdə daim onun yanında olacağı barədə Suzana söz verir. Və bu söz onların həyatını tamamilə dəyişir... Xüsusilə sizə Mariyadan danışmaq istəyirəm.Kitabda ən sevdiyim obraz Mariya oldu.Ögey qizi olmağina baxmayaraq her çetin aninda destək olur,Düzdu ilk əvvəllər Lizanı qəbul etməyə çətinlik çəkir,lakin getdikcə qızına bağlanır,həyatınin bir hissəsi oldu. Kitabda sevmediyim obraz isə Suzan oldu. Onu sevən birini atib getməyini, Filipə qarşı laqeyd olmasini anlaya bilmədim.
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014669 okunma
240 syf.
·
Puan vermedi
Kitabı alasan ki oxuyasan. Amma mümkün olmaya. İtirdiyim kitablardan biri.... Sonradan pdf versiyada oxudum. Yenə yazarın maraqlı əsərlərindən biri idi ...
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014669 okunma
Reklam
240 syf.
·
Puan vermedi
·
Beğendi
Əsərin əsas baş qəhrəmanları Suzan və Filipp bir-birlərini çox sevirlər. Lakin əksər cütlük kimi onlarında yolları ayrılır, Suzan güclü uraqanların olduğu Mərkəzi Amerikaya getməli olur. Bu müddət ərzində onlar sadəcə məktublaşır və cəmi bir neçə dəfə görüşürlər və bu görüşlərdə hec də ürəkacan olmur. Filipp sözarası ona həmişə dəstək olacağını nə lazım olsa ona kömək edəcəyini demişdi. Vaxt keçdikcə onun bu sözü həyatını tamamilə dəyişir Suzanın başqasından dünyaya gətirdiyi qızına atalıq edir ona ailəsindən biri kimi qəbul edir Əsər hec gözləmədiyim sonluqla bitdi. Başda sevdiyim qəhrəmanları o cümlədən Suzan sonda hecdə elə biri olmadığını gördüm. Onun bu illər ərzində səbəb nə olursa olsun övladına bunları yaşatmağa haqqı yox idi. Əsərdə sevdiyim yeganə obraz Mariya və Liza oldu. Mariya Flippin həyat yoldaşı olaraq başqasının özüdə onun keçmiş sevgilisinin qızını hec öz oğlundan ayırmır ona əsl analıq, Suzanın edə bilmədiyini etmişdi. Liza çox gunahsız sadəcə taleyini yaşayırdı və sonda Suzanı deyil ailəsini Filippi seçməsi məndə ona qarşl çox xoş hisslər yaratdı. Ümumən əsərin dili olduqca axıcıdır. Oxumağa dəyər
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014669 okunma
240 syf.
8/10 puan verdi
İlk öncə adı sevgi hekayəsi kimi başlayan kitab oxuduqca məni daha da əsəbləşdirir, iki sevgilinin bir-birinə qarşı hisslərinin bu qədər adi və zəif olması, verdikləri qərarlar, danışdıqları söhbətlər hamısı əsəbimə toxunur və məndə kitabı kənara atmaq istəyi yaradırdı. Suzan çox özünübəyənmiş və ancaq öz istəkləri üçün yaşayan eqoist, Filip isə
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014669 okunma
240 syf.
8/10 puan verdi
"Bəlkə də bu həqiqətdir"dən sonra bunu böyük ümidlə oxudum.Kitabda hadisələr, mövzu o qədər də axıcı deyildi,lakin ümumən oxumağa dəyər, fərqli bir kitabdır.Xoş oxumalar:)
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014669 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 günde okudu
Mən nadir hallarda hansısa əsəri oxuduqda göz yaşlarına boğulur, uzun müddət təsirindən çıxa bilmirəm. "Haradasan?" kitabı da onlardan biri oldu.. Əsər bir-birini çox sevən gənc cütlük Suzan və Filipin həyatından, münasibətlərindən bəhs olunur. Uşaqlıqdan birlikdə böyüyən cütlük daim bir yerdə olacaqlarına, əsla ayrılmayacaqlarına dair sözlər verirlər, bəs nə dərəcədə sevgilərinə, verdikləri vədlərə sadiq qala bilirlər?? Əsərin təhlilini içimdə bir hüzünlə yazıram... Kaş belə bitməsəydi, kaş Suzan fərqli bir insan olsaydı, kaş ən başından çoxlu səhvlər edib Filipi özündən uzaqlaşdırmayıb xoşbəxt ömür sürsəydilər deyirəm.. Amma nə fayda.. Hər əsər gözəl sonluqla bitmək məcburiyyətində deyil ki.. Suzan nə istədiyini özü də bilməyən, özünü zorla yalnızlığa itələyib, sonra o yalqız hisslərlə baş-başa qalmamaq üçün yeni məcarə axtarışında olan zavallı bir qadın idi. Mən nə onun etdiklərinə, nə düşüncələrinə, nə də dediklərinə haqq qazandıra bildim. Heç sevmədiyim xarakterə sahib idi. Filip də Suzan qədər günahkar idi bir yerdə. Amma onu bu səhvə doğru addımladan kim oldu bəs?? Təbii ki, Suzan.. Öz həyatını da, onun həyatını da məhv etdi... Və geriyə sadəcə yetim bir qız övladı qoyub getdi... Əsər Mark Levi'nin ən çox sevilən əsərlərindən hesab olunur. Bu günə qədər yazıçıdan 3 əsər oxumuşam və hər birini də ayrı-ayrılıqda çox sevdim. Xoş oxumalar..
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014669 okunma
16 öğeden 11 ile 16 arasındakiler gösteriliyor.