Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

En Eski Nəğmələr Sözleri ve Alıntıları

En Eski Nəğmələr sözleri ve alıntılarını, en eski Nəğmələr kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Günəş işığını yayıb hər yana, Min rənglə nur səpir mavi ümmana. Onun şöləsindən bərq vuran sular, Az qalır alışa, az qalır yana.
Sayfa 24 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Döyüşə sövq edir bu qəlbimizi, Coşan hissimizin sərt tufanları.
Sayfa 26 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Reklam
Fələyin çərxini saxlamaq olmaz, Böyük sevincin də ömrü olar az.
Sayfa 32 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Qəlbimin, ruhumun qanadıyla mən, Çıxdım aydınlığa zülmət gecədən. Gördüm şeriyyətdə həqiqətimi - Tapdım həqiqətdə şeriyyətimi.
Sayfa 34 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Müdriklik adamı çox xoşbəxt edər, Lakin elm artdıqca, çoxalar kədər.
Sayfa 36 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Bu dünyanın kədərini, qəmini, Sorsan, deyər yer üzündə hamıdan, Ahu-fǝğan çıxararmı bu dərdi Ürəklərin viran qalmış damından? Fəlakətə, işgəncəyə, kədərə, Üstün gəlib qılınc çəkmək gərəkdir Ümid bağla sən bir yolluq hünərə. Ülǝmalar nə desələr, kələkdir.
Sayfa 37 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Reklam
Şikayətmi edim, gülümmü, bilməm Dünyanın yarısı dərrakədən kəm.
Sayfa 38 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Sən öz mənliyinin dar sarayından Kənara çıxmasan, ey dostum, inan, Anla ki, ömründə ola bilməzsən Düzlük evində də bir dəfə mehman.
Sayfa 40 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
İtir ömrün bir zərrəsi hər bir nəfəslə, Ötüb gedən geri dönməz, ha onu səslə. Gərək ola əvvəlindən nəcib məqsədin, Qarşındakı amalını edəsən yəqin. Bu dünyaya gəlmək deyil sənin günahın, Boş keçibsə ömrün, ərşə çıxacaq ahın.
Sayfa 43 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Yoxsulluq şairə bir boş məzardır, Sərvət də, miknət də alçaqlardadır. Onların önündə əyilən bir baş Gərək ayaqlarda əzilsin birbaş. Ruhdan düşməməli, dərd, qəm nədir ki, Bircə partlamasın qəlbimiz təki! Zülmün bu dünyada hikməti yoxdur, Hikmətin zülməsə davamı çoxdur. Dərdü qəm əlində nə yan, nə inlə Qovla sən onları nəğmələrinlə...
Sayfa 56 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.