Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nəğmələr Sözleri ve Alıntıları

Nəğmələr sözleri ve alıntılarını, Nəğmələr kitap alıntılarını, Nəğmələr en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ağlımla qəlbimin özgə yolu var, Hər biri bir yolda puç edər məni. Birisi sevdadan uzaqlaşdırar, O biri sevdaya tuş edər məni.
MƏHƏBBƏT TƏRANƏLƏRİ
Sənin dodağından busə almasam, İllərlə yanında mehman qalmasam, Bu fani dünyaya nə etsəm yenə, O qismət eyləməz səadət mənə. Baxışın qəlbimə işıq, nur çilər, Onunla dünyanı ağıl dərk edər. Ən nəcib hisslərin açarıdır o, Ömrümün-günümün baharıdır o! Şirin arzularım göylərdən dərin, Mənim sarbanımdır şux nəzərlərin.
Sayfa 26
Reklam
Ruzigarı qara, daim gecəsi tar keçir Hər kimin eşqdə bir yari sitəmkarəsi var Necə qan cuşə gəlib eyləməsin ahü-fəğan? Könlümün dideyi giryan kimi fəvvarəsi var!
Göydə dövrə vuran ulduzlara bax, Yenə nur saçırlar bizlərdən uzaq. Başımız üstündə o qızıl çətir, Bizim arzumuzdan toxunmuş nədir?! Durub bir-birindən uzaqda yanar, Gah batar, gah da ki, sayrışar onlar. Qəmli dursalar da, səmada titrək, Onlar da birləşər bir vaxt bizim tək.
Sayfa 28
Məni eşqin oduna yandırdın, Çünki gördün yanıram, yan durdun. Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə sürur var. Nə gülməyə bir həvəsim, nə söhbətə meylim Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış. Nə səbr etmək qüdrətim, nə ah çəkmək qüvvətim var Canım dodağımda, gözüm yollardadır. Qayıt, qayıt öz günəş camalını göstər, üzündəki pərdəni at, aşiqlər məclisini ziynətləndir. Nə əlini kəsmək yeridir?
İnan çatmasa da əlin əlimə, Sənin yanındadır xəyalım yenə...
Reklam
Qoy o vaxta kimi ömür uzansın, Dövranın qanadı düşsün, dayansın. Şirin bir həsrətin, xoş xatirənin Qiyməti böyükdür, mənası dərin. İnan, çatmasa da əlim əlinə, Sənin yanındadır xəyalım yenə.
Sayfa 31
Gər mərdi ze ma zəni darəd dust, Yarist neku-bo eybəş nə nekust. Əmma, ze çe ruy çon zəni mərdi xast, Dər çeşme cahan pəlid-o bəd siyreyi ust. (Sətri tərcümə) Bizlərdən bir kişi bir qadını sevsə, O, gözəl bir dost sayılar və ona nöqsan tutmaq yaxşı görünməz. Bəs nə üçün bir qadın kişini sevsə, Dünyanın gözünə xar və pozğun görünər?!
Yoxsulluq şairə bir boş məzardır, Sərvət də, miknət də alçaqlardadır. Onların önündə əyilən bir baş Gərək ayaqlarda əzilsin birbaş. Ruhdan düşməməli, dərd, qəm nədir ki, Bircə partlamasın qəlbimiz təki! Zülmün bu dünyada hikməti yoxdur, Hikmətin zülməsə davamı çoxdur. Dərdü qəm əlində nə yan, nə inlə Qovla sən onları nəğmələrinlə...
Sayfa 56 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
MƏHƏBBƏT TƏRANƏLƏRİ
Ağlımla qəlbimin özgə yolu var, Hər biri bir yolda puç edər məni. Birisi sevdadan uzaqlaşdırar, O biri sevdaya tuş edər məni. Ağlım gecə-gündüz yazıq qəlbimi Daima danlayar, daima söyər. Qəlbimsə sevdaya bir həris kimi, Daima istəyər, daima sevər.
Sayfa 23
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.