Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nəğmələr Gönderileri

Nəğmələr kitaplarını, Nəğmələr sözleri ve alıntılarını, Nəğmələr yazarlarını, Nəğmələr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ağlımla qəlbimin özgə yolu var, Hər biri bir yolda puç edər məni. Birisi sevdadan uzaqlaşdırar, O biri sevdaya tuş edər məni.
Ruzigarı qara, daim gecəsi tar keçir Hər kimin eşqdə bir yari sitəmkarəsi var Necə qan cuşə gəlib eyləməsin ahü-fəğan? Könlümün dideyi giryan kimi fəvvarəsi var!
Reklam
Məni eşqin oduna yandırdın, Çünki gördün yanıram, yan durdun. Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə sürur var. Nə gülməyə bir həvəsim, nə söhbətə meylim Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış. Nə səbr etmək qüdrətim, nə ah çəkmək qüvvətim var Canım dodağımda, gözüm yollardadır. Qayıt, qayıt öz günəş camalını göstər, üzündəki pərdəni at, aşiqlər məclisini ziynətləndir. Nə əlini kəsmək yeridir?
Səndən uzağa düşəndən bəri göz beləcə Ciyər qanı axıdır...
İnan çatmasa da əlin əlimə, Sənin yanındadır xəyalım yenə...
HİKMƏTLİ SÖZLƏR, ZƏMANƏDƏN ŞİKAYƏT VƏ ETİRAZLAR
Müdriklik adamı çox xoşbəxt edər, Lakin elm artdıqca, çoxalar kədər. Bu dünya üzündə xoşbəxtdir axmaq, Aqil həsəd etməz ona da, ancaq.
Sayfa 36
Reklam
Göydə dövrə vuran ulduzlara bax, Yenə nur saçırlar bizlərdən uzaq. Başımız üstündə o qızıl çətir, Bizim arzumuzdan toxunmuş nədir?! Durub bir-birindən uzaqda yanar, Gah batar, gah da ki, sayrışar onlar. Qəmli dursalar da, səmada titrək, Onlar da birləşər bir vaxt bizim tək.
Sayfa 28
Qoy o vaxta kimi ömür uzansın, Dövranın qanadı düşsün, dayansın. Şirin bir həsrətin, xoş xatirənin Qiyməti böyükdür, mənası dərin. İnan, çatmasa da əlim əlinə, Sənin yanındadır xəyalım yenə.
Sayfa 31
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.