En Beğenilen Nəğmələr Sözleri ve Alıntıları

En Beğenilen Nəğmələr sözleri ve alıntılarını, en beğenilen Nəğmələr kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
MƏHƏBBƏT TƏRANƏLƏRİ
Sənin dodağından busə almasam, İllərlə yanında mehman qalmasam, Bu fani dünyaya nə etsəm yenə, O qismət eyləməz səadət mənə. Baxışın qəlbimə işıq, nur çilər, Onunla dünyanı ağıl dərk edər. Ən nəcib hisslərin açarıdır o, Ömrümün-günümün baharıdır o! Şirin arzularım göylərdən dərin, Mənim sarbanımdır şux nəzərlərin.
Sayfa 26
Göydə dövrə vuran ulduzlara bax, Yenə nur saçırlar bizlərdən uzaq. Başımız üstündə o qızıl çətir, Bizim arzumuzdan toxunmuş nədir?! Durub bir-birindən uzaqda yanar, Gah batar, gah da ki, sayrışar onlar. Qəmli dursalar da, səmada titrək, Onlar da birləşər bir vaxt bizim tək.
Sayfa 28
Reklam
HİKMƏTLİ SÖZLƏR, ZƏMANƏDƏN ŞİKAYƏT VƏ ETİRAZLAR
Müdriklik adamı çox xoşbəxt edər, Lakin elm artdıqca, çoxalar kədər. Bu dünya üzündə xoşbəxtdir axmaq, Aqil həsəd etməz ona da, ancaq.
Sayfa 36
Ruzigarı qara, daim gecəsi tar keçir Hər kimin eşqdə bir yari sitəmkarəsi var Necə qan cuşə gəlib eyləməsin ahü-fəğan? Könlümün dideyi giryan kimi fəvvarəsi var!
Ağlımla qəlbimin özgə yolu var, Hər biri bir yolda puç edər məni. Birisi sevdadan uzaqlaşdırar, O biri sevdaya tuş edər məni.
Qoy o vaxta kimi ömür uzansın, Dövranın qanadı düşsün, dayansın. Şirin bir həsrətin, xoş xatirənin Qiyməti böyükdür, mənası dərin. İnan, çatmasa da əlim əlinə, Sənin yanındadır xəyalım yenə.
Sayfa 31
Reklam
Gər mərdi ze ma zəni darəd dust, Yarist neku-bo eybəş nə nekust. Əmma, ze çe ruy çon zəni mərdi xast, Dər çeşme cahan pəlid-o bəd siyreyi ust. (Sətri tərcümə) Bizlərdən bir kişi bir qadını sevsə, O, gözəl bir dost sayılar və ona nöqsan tutmaq yaxşı görünməz. Bəs nə üçün bir qadın kişini sevsə, Dünyanın gözünə xar və pozğun görünər?!
Gülüstandan əsib gələn ətirli külək, Əziz dostum, söylə sənə vermirmi ürək? Niyə onda bir xoş xəbər eşidəndə sən, Özgəsinin sevincinə sevinməyəsən? 
MƏHƏBBƏT TƏRANƏLƏRİ
Qovuşan zamanda könül könülə, Nəfəslər nəfəsə, çiçəklər gülə, Dodaqlar edərkən abi-həyat nuş, Ağıl sərxoş olur, başdan çıxır huş. Ötərgi hisslərə amma, vermə haq, Hər adi cismani nəşədən uzaq! Bizim sevdamızın ülvi qüvvəsi, Nəcib arzuların səsidir, səsi!
Sayfa 25
Mənim həyat üzüyümün qaşısan, O üzüyün bəzəyi sən, daşı sən. İnan bütün nəğmələrim sənindir, Ürəyə bax... neyləyirsən yaşı sən.
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.