Nikolya Boneni Şərqə Aparan Hekayə

Seymur Oruc

En Yeni Nikolya Boneni Şərqə Aparan Hekayə Yorumları ve İncelemeleri

En Yeni Nikolya Boneni Şərqə Aparan Hekayə sözleri ve alıntılarını, en yeni Nikolya Boneni Şərqə Aparan Hekayə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.210 üzerinden
10 Kişi · 1 İnceleme
136 syf.
8/10 puan verdi
·
3 günde okudu
Mən hansı ölkəyə, hansı dünyaya aidəm? Mən kiməm?
Fransada yaşayan jurnalist Nikolya Boneni öz ailəsinin bioloji olmadığını öyrənir. Üstəlik pul ilə satıldığını da öyrəndiyi zaman daha da sarsıdıcı zərbə alır. O, Azərbaycanlı bir ailə tərəfindən 13000 dollara hazırki Fransız ailəsinə satıldığını öyrənir. Hadisələr bundan sonra daha dəyişik hal alır. Nikolya daha sonra Azərbaycan və ermənistan arasındakı 2016-cı illərdə davam edən Aprel döyüşləri ərəfəsi jurnalist kimi işini görməyə davam edir. İlk öncə ermənistana, daha sonra isə sevmədiyi Azərbaycana gedib daha ətraflı bilgilərə yiyələnməyə çalışır. O Azərbaycanlı jurnalistlərlə birlikdə Azərbaycanın müxtəlif rayonlarını səfər edərək erməni vəhşiliyinin tarixdə buraxmış izlərinə gözləri ilə şahid olur. İlk başlarda personajın bəzi siyasi fikirləri acı həqiqətləri sadalayan zaman, həyata, sistemə və digər şeylərə süst yanaşmamı təzələmiş oldu. Lakin kitabın bir bölməsindən sonra mövzu tamamilə dəyişir və axıcı şəkildə davam edir. Spoiler vermirəm. Yazı üslubu yorucu olmadığı üçün oxuya biləcəyiniz və dostlarınıza da kimliyindən asılı olmayaraq hədiyyə edə biləcəyiniz bir kitabdır deyə düşünürəm.
Nikolya Boneni Şərqə Aparan Hekayə
Nikolya Boneni Şərqə Aparan HekayəSeymur Oruc · Strauss Nəşriyyatı · 202313 okunma