Olar Səni Qucaqlayım?

Raqif Raufoğlu

Olar Səni Qucaqlayım? Gönderileri

Olar Səni Qucaqlayım? kitaplarını, Olar Səni Qucaqlayım? sözleri ve alıntılarını, Olar Səni Qucaqlayım? yazarlarını, Olar Səni Qucaqlayım? yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Arada belə də olur. :))
Birdən elə adam yadına düşür, İçini qəribə bir sükut yeyir. Bəlkə də hardasa adını çəkir, Səni lənətləyir, deyinir, söyür. Birdən elə adam yadına düşür, Gözlərin yığılır, dodağın qaçır. Tez ciddiləşirsən, kimsə görməsin,
İndi yanımda olsaydın, Səni qucaqlayıb Rahat yatardım, Və belə darıxmazdım... Yaxşı ki, yoxsan! ...İndi yanımda olsaydın, Yanında olduğun adam da Yoxluğunu bu qədər duymazdı... Yaxşı ki, yoxsan! Yaxşı ki, yoxsan! Və mən anlayıram Yoxluğun nə demək olduğunu. Yaxşı ki, yoxsan! Və mən anlayıram Sevginin nə demək olduğunu. Yaxşı ki, yoxsan! Və xəbərin yoxdur ki, Yoxsan...
Reklam
Telefona başqa adla, Başqa cür qeyd olunmaq. Oxumayan mesaj kimi, Ancaq qeydə alınmaq.
İndi icazə olar, Bir az səni soruşmaq? Nə qədər olar axı, Öz-özünə danışmaq. Yenə sevmək, vurulmaq, Gözləməkdən yorulmaq, Sən getmək istədiyin, O naməlum yer olmaq
Nə qədər rahatdır belə yaşamaq, İstəyəndə varsan, istəyəndə yox. Hər gün bitdi demək, hər gün başlamaq, Əlavə izahat istəyən də yox. Nə qədər rahatdır yanına gəlmək, Vaxtımı da boş-boş almayacaqsan. Nə qədər, nə qədər gözəldir bilmək, Yoxsan, olmamısan, olmayacaqsan.
Nə qədər gözəldir səni tanımaq, Yaxşı ki, beləsən, elə bu cürsən. Yağış yağan kimi unudulursan, Yağış yağanda da yada düşürsən.
Reklam