Olar Səni Qucaqlayım?

Raqif Raufoğlu

Sözler ve Alıntılar

Tümünü Gör
Arada belə də olur. :))
Birdən elə adam yadına düşür, İçini qəribə bir sükut yeyir. Bəlkə də hardasa adını çəkir, Səni lənətləyir, deyinir, söyür. Birdən elə adam yadına düşür, Gözlərin yığılır, dodağın qaçır. Tez ciddiləşirsən, kimsə görməsin,
İndi icazə olar, Bir az səni soruşmaq? Nə qədər olar axı, Öz-özünə danışmaq. Yenə sevmək, vurulmaq, Gözləməkdən yorulmaq, Sən getmək istədiyin, O naməlum yer olmaq
Reklam
...Belə baxıram ki, mövzu da çoxdur, Hər şeydən danışıb gic-gic gülürəm. Elə bir məqsədim-zadım da yoxdur, Boş-boş işə gedib, işdən gəlirəm. Hərdən də gedirəm, dostlara dəyim, Heç kim də soruşmur niyə azmışam, Həvəsim də yoxdur sübut eləyim, O şeiri o vaxtı belə yazmışam...
Telefona başqa adla, Başqa cür qeyd olunmaq. Oxumayan mesaj kimi, Ancaq qeydə alınmaq.
İndi yanımda olsaydın, Səni qucaqlayıb Rahat yatardım, Və belə darıxmazdım... Yaxşı ki, yoxsan! ...İndi yanımda olsaydın, Yanında olduğun adam da Yoxluğunu bu qədər duymazdı... Yaxşı ki, yoxsan! Yaxşı ki, yoxsan! Və mən anlayıram Yoxluğun nə demək olduğunu. Yaxşı ki, yoxsan! Və mən anlayıram Sevginin nə demək olduğunu. Yaxşı ki, yoxsan! Və xəbərin yoxdur ki, Yoxsan...
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.