Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Oqtay Eloğlu

Cafer Cabbarlı

Oqtay Eloğlu Sözleri ve Alıntıları

Oqtay Eloğlu sözleri ve alıntılarını, Oqtay Eloğlu kitap alıntılarını, Oqtay Eloğlu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Kimdir müqəssir: Yaşadaraq öldürən?Öldürərək yaşadan?
Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sеvərək parçalayan, parçalayaraq sеvən əliqanlı səfillər padşahı Oqtay Еloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc hеykəlimi? Və yaхud alman dahisi böyük Şillеr özümü?
Reklam
Oqtay. Mən heç bir şey istəmirəm. Mən bu yola gəlirkən, xalqımdan altun taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram. Səməd. Mən də xalq üçün çalışıram. Cəmiyyət də... Upravada üzvəm, fəqət elə işdir ki, adım-sanım, güzəranım. Yoxsa xalq!.. Mən özümü unudacağam ki... Oqtay. Xalq və "mən" - bu iki söz bir yerə sığışdırılamaz. Ya mən olmalıyam, mənim üçün də xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O, böyük vahidin kiçik bir parçasıdır. Səməd. Onu sən deyirsən, gör xalq sənin üçün nə deyir. Oqtay. Xalq anlamır. Onun dediyi mənim üçün bir heç, tam mənasilə bir heçdir.
Mən yenə ancaq bu zavallı xalqı tanıyır, ona müraciət edirəm. Ona təslim oluram. Son söz onundur. Qoy o söyləsin: kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şiller özümü?
Başqalarında səhnə, mədəniyyət, hər şey var. Bizdə yox. Yaşamaq istəyirsək, yaratmalıyıq.
O, çirkin də olsa, həqiqət olduğu üçün gözəldir!
Reklam
Mən bir yumruğumla bütün kainatı alt-üst edəcəyimi düşünürdüm. Fəqət indi görürəm, ele bir qüvvət var ki, mən ona qarşı gücsüzəm.
"Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan?"
Səfillər padşahı Oqtay Eloğlu
"Elə bir həyatı qurulmalıdır ki,orada hər söz bir qanun ,hər şey bir həqiqət olsun . Hər şey göründüyü kimi deyil olduğu kimi görünsün. "
Sayfa 288 - OqtayKitabı okudu
"Yetər sünilik!Yetər yalan!Siz həqiqəti mənə göstərin!Mən onu görmək istəyirəm ."
Reklam
Mən aşiq neylim sənə, Düşübdür meylim sənə, Mən dönsəm, üzüm dönsün, Sən dönsən, neylim sənə?
Qoy o söyləsin!Kimdir müqəssir? Yaşadaraq öldürən,ya öldürərək yaşadan? Sevərək parçalayan ya parçalayaraq sevən…?
“Hicri yox,hicran lap çox,ləzzət sevdanın harasında?”
Xalq və "mən"- bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır.
275 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.