Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Düşüncənizi Dəyişin

Özünüz bir "Placebo"sunuz

Joe Dispenza

Özünüz bir "Placebo"sunuz Sözleri ve Alıntıları

Özünüz bir "Placebo"sunuz sözleri ve alıntılarını, Özünüz bir "Placebo"sunuz kitap alıntılarını, Özünüz bir "Placebo"sunuz en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Neyroplastiklik
Yeni təcrübəyə və yeni məlumatlara müvafiq olaraq, beynin asanlıqla uyğunlaşmaq və dəyişmək bacarığıdır.
Məchulluq
Dəyişikliyi hiss etmək üçün, eyni düşüncələrə, qərarlara, hərəkətlərə və duyğulara bağlı proqnozlaşdırıla bilən əvvəlki "mən"i tərk etmək və boşluğa, mücərrədliyə doğru irəliləmək lazımdır. Əvvəlki "mən"lə yeni "man" arasındakı fərq sənin keçmiş "mən"inin bioloji ölümü deməkdir. Əvvəlki "mən" ölməlidir və sənə yeni fikirlər, qərarlar, davranışlar və emosiyalarla yeni "mən" yaratmaq lazımdır. Bu axına daxil olmaq yeni, əvvəlcədən nəzərdə tutulmayan, tanış olmayan "mən"lə görüşə doğru addımlamaqdır. Məchulluq sənin yeni bir şey yarada biləcəyin yerdir, tanış bir şeydən hansısa yeni bir şey yaratmaq mümkün deyil.
Reklam
Təkrarlamamaq
Özünü dəyişməkdə ən çətin olan şey bir gün əvvəl etdiyin seçimi təkrarlamamaqdır. Bu çətindir, çünki adi düşüncələr, qərarlar, avtomatik hərəkətlər və vərdiş etdiyimiz duyğular yaradan əvvəlki təcrübədən imtina etmək bizi narahat edir. Axı düşəcəyimiz yeni vəziyyət bizə tanış deyil. Bu "normal" görünmür. Artıq özümüzü özümüz kimi hiss etmirik, çünki biz artıq, əvvəlki biz deyilik. Və hər şey qeyri-müəyyən olduğundan biz tanış "mən"i və həyatın adət etdiyimiz formada dərkini itiririk.
Sayfa 105
Tam dərmansız və cərrahi müdaxilə olmadan ancaq fikrin gücüylə sağalmaq olarmı? Bu təsəvvür edə bildiyimizdən daha tez-tez baş verir. Neyrobiologiya, psixologiya, hipnoz və kvant fizikası sahələrində kəşflərə əsaslanan fenomenal elmi araşdırmalar sübut edir ki, beyin üçün xəyali narahatsızlıqla reallıq arasında heç bir fərqi yoxdur. Bu bizə həyatımızı istədiyimiz şəkildə qurmağa imkan verir. Bizim hər birimizin sağalmaq ehtimalımız var
Sənin varlığının hazırkı anı sənin ağıl və bədəninin qarşılıqlı əlaqəsini əks etdirir.
Nə qədər ki, keçmiş emosiyalardan yapışmışıq yeni gələcək qura bilməyəcəyik.
Sayfa 113
Reklam
Daha ciddi araşdırmalar başlayır
Ancaq mənim məcaralarım bununla bitmədi. Mənim normal həyata qayıtmamağımda təəcüblü bir şey yoxdur. Əvvəlki mən yox olduğu kimi mənim köhnə həyatım da yox idi. Mən bir çox cəhətdən dəyişdim. Mən özümü heç bir dostumun başa düşmədiyi reallığa həsr etmişdim. İndi köhnə dostlarımın çoxu ilə ünsiyyət qura bilmirdim, keçmiş həyatıma aparan yol isə mənim üçün bağlanmışdı. Mənim üçün əvvəllər vacib saydığım şeylər, indi artıq heç bir məna kəsb etmirdi. Mən özümə universal suallar verməyə başladım: "Mən kiməm?", "Həyatın mənası nədir?", "burada nə edirəm?", "mənim məqsədim nədir?" və "allah varmı?" Mən demək olar ki, tamamilə dünyəvi məsələlərdən uzaqlaşdım və mənəvi məsələlərin öyrənilməsiylə məşğul oldum. Tezliklə San Diego şəhərindən Sakit okean şimal-qərb sahilinə köçdüm. Daha sonra Vaşinqton ştatının Olimpiya şəhəri yaxınlığında manual terapiya ilə məşğul olan klinika açdım
oyanış
Sonra birdən anladım: bir insan böhran keçirəndə və ya zədələnəndə, diqqətinin və enerjisinin həddən artıq çox hissəsini istədiyi şeylər barədə düşünmək əvəzinə, istəmədiyi şeylər haqqında düşünür
Sən idrakını dəyişməklə hər dəfə beynini başqa şəkildə işləməyə məcbur edirsən, bax, aydın ağıl sahibi olmaq budur.
Sayfa 103
552 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.