Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Fatimə Rəsulova

Fatimə Rəsulova tekrar paylaştı.
Hər kəsi öldürürük, əziz dostum. Kimsəni güllələrlə, kimsəni sözlərlə, kimsəni etdiklərimizlə və kimsəni də indiyə qədər etmədiklərimizlə...
Reklam
İnsanın vəzifəsi öz ruhunu xilas etməkdir, bunun üçün isə Tanrının istədiyi kimi yaşamaq lazımdır. Bu da, həyatın bütün əyləncələrindən üz döndərib zəhmət çəkmək, taleyinə boyun əymək, səbr etmək və rəhmli olmaqdan keçir.
O onsuz həyatın mümkün olmadığı varlıqdır. Tanrını tanımaq və yaşamaq eyni şeydir.

Okur Takip Önerileri

Tümünü Gör
Könlümü zülfün xəyalilə pərişan etmişəm Öz əlimlə eşq mülkün gör nə viran etmişəm Bir vəfasız güldən ötrü xarə çox yalvarmışam Hər zaman bülbül kimi min ahu-əfğan etmişəm Eşq bir divanəlikdir, dərdə düşmüş könlümə Eşqdən əl çəkmədi yüz dəfə dərman etmişəm Eşqdə yanmaqdan özgə bir əlamət görmədim Könlümü pərvanə tək çox şəm'ə qurban etmişəm Eşq cövründən qurtarmaq bir sağalmaz dərd imiş Mən bu dərdin çarəsin ölməklə asan etmişəm Məndən əvvəl yoxdu bir aşiq diyari-eşqdə Eşq dərsin mən gedib Məcnuna elan etmişəm Vahidəm, mən Leylivəşlər zülfünün Məcnuniyəm Çox zamanlar vadiyi-eşq içrə cövlan etmişəm
Əliağa Vahid
Əliağa Vahid
Sevgisiz həyatın heç bir mənası yoxdur. Bəzən bu sevgi ilə xoşbəxt oluram, bəzənsə özümü aldadıram. Hə, daha çox aldadıram.
Sayfa 198Kitabı okudu
Reklam
Ancaq hiss edirdim ki, nəsə çatışmır. Məni özümə gətirəcək, bəlkə insanlara, onların mərhəmətlərinə inandıracaq nəsə vacib bir şey yox idi.
Sayfa 151Kitabı okudu
İçimdə
Üzümü xoş görüb, xoşbəxt deyirsən, Ağrı içimdədi, yara içimdə. Dərdimi soruşma, a dərdin alım, Gəl axtar içimdə, ara içimdə. Qapalı ümmandı elə bil sinə, Çalxalanır, sığışmır öz hövzəsinə. Qızıl balıq kimi üzür tərsinə, Ürəyi salıblar tora, içimdə. Ürəkdən çəkirəm, ürək acıyam, Fikir dünyasıyam, söz yamacıyam. Özüm özüm boyda dar ağacıyam, Dara çəkilirəm, dara içimdə. Taleyim xeyrə yox, şərə qol çəkir, Dərdi ya qız çəkir, ya oğul çəkir. Nazim fikirlidi, gözü yol çəkir, Xatirə yanımda, Sara içimdə.
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Gözlərin nə deyir başa düşürəm, Niyə çaşdırırsan dilinlə məni...
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Reklam
Çünki insan müdrikləşdikcə kədəri də dərinləşir. Elmini artıran qüssəsini artırır.
Həqiqətə yalnız həyatdan uzaqlaşdığımız qədər yaxınlaşa bilərik.
Dünya sonsuz və anlaşılmaz bir şeydir. İnsan həyatı isə, bu dərkedilməz "bütöv"ün dərkedilməz hissəsidir.
Bəs bu qədər çalışıb-əlləşmək niyə? Necə olur ki, insan bunu görmədən yaşayır? - heyrət ediləsidir! Yalnız həyat səni sərxoş edəndə belə yaşamaq olar, ayılanda isə bütün bunların yalandan, axmaq bir aldatmacadan ibarət olduğunu görməmək mümkün deyil.
676 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.