"Həyatda insan üçün əziz və müqəddəs dəyərlər, anlar və insanlar var. Birdə heç bir zaman dəyişməyən hisslər. Nifrətin və qəzəbin belə önünə keçə bilmədiyi hisslər."
"Bəlkə də, bütün sonlar hər şeyin bitməsi deyildi. Elə sonlar olur ki, onlar yeni həyatın, yeni yaşamın başlanğıcı idi. Yalansız və sirrlərdən uzaq... Eynən mənim həyatım kimi..."
"Nə qədər çox yorulsa da insan yenə də qarşıda gözəl günlərin yenidən yaşanacağına inanır və ya bəlkə də özünü inandırır. Həm gülməli,həm də qəribədir. Öz uydurduğumuz yalanlara necədə özümüzü inandırmağa çalışırdıq..."